Bz. Avq 18th, 2019

Zeytun, günəbaxan, qarğıdalı, palma – Hansı yağda qızartmaq olar?

Yağda qızardılmış qidaları nə həkimlər, nə də dietoloqlar tövsiyyə edir. Amma məhz yağda qızarmış tərəvəz, ət, toyuq dadlı olur. 

Bir çox insanlar elə bilir ki, yaxşı təbii yağ seçib, onda yemək qızartsa, faydalı olacaq.  Həkimlər və alimlər dağ edilmiş yağda xərçəng yaradan kanserogen maddə yarandığını əsas gətirərək, insanları bu cür yemək bişirməkdən uzaq tutmaq istəyir. Bəs yağ tavada qızıb dağ olanda nə baş verir?

Medicina.az hansı yağda qızartma etmənin az zərərli olduğunu araşdırıb.

Qazın üzərində tava 300 dərəcəyə kimi qızır. Bu tavaya tökülən yağda 120-150 dərəcədə kartof, ət, tərəvəz, oladye qızarana kimi bişirildikdə, təhlükəli bir kimyəvi birləşmə yaranır. Buna akrilamid deyilir, akrilamid tütün tüstüsündə də olur. 

Tibbi tədqiqatlar göstərib ki, akrilamid prostat, ağciyər, böyrək, ginekoloji şişlərin yaranmasına təsir edir. 
Qızardılmış toyuq, ət isə onda yaranmış PAU adlı polittsiklik karbohidrat sayəsində iştahlı ətir saçır. Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, bu maddə də kanserogendir. 

Restoran, kafe, qənnadı istehsalı, fast-food qidalarda isə qızartma üçün transyağlardan istifadə olunur. Məhz transyağda qızardılmış toyuq, kartof, xəmir məmulatları çırtıltılı olur. 

Transyağlarda olan kompotinentlər diabet, piylənmə, ürək-damar xəstəliklərinin əsasını qoyur. 
 
Bəs hansı yağda qızartmalı?

Hər hansı yağ tavada dağ olanda və orda qida qızardılanda tüstü verdisə bu onda kanserogen maddə yaranmasının siqnalıdır. Bu yeməyi nəinki yemək, hətta yağdan gələn tüstünü udmaq da zərərlidir.

Asiya və Şərq ölkələrində xüsusi dərin tavalar var ki, ora yağı töküv tüstülənməsini gözləyirlər ki, yeməyi qızartsınlar. Bu tava önündə işləyənlər ağciyər xərçənginə tutulurlar.

Yəqin fikir vermisiz, küçədə bişirmə yerlərində tavada yağı elə dağ edirlər ki, tüstü ətrafa yayılır.
Hər yağın kritik yanma nöqtəsi var. Ən tez yanan rafinəolunmamış günəbaxan, kətan toxumu yağıdır. Artıq 107 dərəcə tempeaturda köpüklənməyə başlayır. 

Zeytun yağı 190 dərəcədə yanır. Bu Omeqa 3 və 6 turşulaşmasına görə baş verir. Bu yağları çiy formada bişirməyən qidalara, salatlara əlavə etmək olar.
Qızartma üçün rafinə olunmuş yağlar və ya tropik yağlar uyğundur. Onlar yüksək hərarətə davamlıdırlar.

Bunlar hansılardır?

-Rafinə olunmuş zeytun yağı

Aralıq dənizi menyusunda həm salatlarda, həm qızartmalarda soyuq sıxılma və rafinə olunmuş zeytun yağı istifadə olunur. Aralıq dənizi qidalanması ürək-damar üçün ən idealdır. Bu yağlar kanserogen maddə yaratmır, damarları tıxamır.

-Rafinə olunmuş günəbaxan yağı

232 dərəcəyə kimi dözümlüdür, tüstüləmir, gec yanır. 

-Raps yağı

Bu da yağ alınan bitkidir. Avropada məşhurdur. Ona gələcəyin yağı da deyirlər. Tərkibi və faydası zeytun yağına bərabərdir. 
 
-Palma yağı

Söhbət əsl palma meyvəsi yağından gedir. Bu ağacın meyvələri 50% istiliyə, yanmaya davamlı doymuş yağ turşularından ibarətdir, zərərli tüstü vermir, 230 dərəcəyə qədər dözümlüdür. Kartof fri də bu yağda qızardılır. Elmi baxımdan zərərli olması sübut olunmayıb. 

-Əridilmiş kərə yağı

160 dərəcədə artıq tüstülənir. Tərkibində heyvani zülal və şəkər tavada qaralır. Qiymətli yağdır, 205 dərəcədən sonra tüstülənməyə başlayır. 

Hansı yağda qadağandır?

Rafinəolunmamış günəbaxan və kətan yağında qızartma olmaz. Yadda saxlayın, kərə yağını elə isidin ki, dağ olmasın. 

Hətta ən davamlı yağı belə yüksək hərarətdə maksimum qızdırmaq olmaz. Dərin və qalın dibi olan keramik qablar alın. Eləcə də qızartma vaxtını azaldın, qida nə qədər odda qalsa bir qədər zərərli olur. 

Yaxşı olar ki, sobada qabı bir az yağlayıb, ya falqa içində əti, tərəvəzləri oz şirəsini buraxmaqla bişirin. Amma sağlamlıq üçün ən ideal bişirmə növü suda və buxarda, eləcə də manqalda bişirməkdir.

Paylaş: