C. Sen 20th, 2019

SSRİ-ni qaytarmaq istəyən radikallar binaları ələ keçirməyə başladılar

“SSRİ-yə – evimizə” sektasının 20-dən çox radikalı inzibati binaların zorla ələ keçirilməsinə cəhd edərkən yaxalanıblar.

Turkustan.info “Ura.ru” nəşrinə istinadən xəbər verir ki, hadisə Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində baş verib. Bu barədə məlumatı mənbə hüquq-mühafizə orqanlarından alıb.

İrimiqyaslı əməliyyatda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin, “Rosqvardiya”nın və DİN-in müvafiq qurumlarının əməkdaşları iştirak ediblər.

“Bu cür xüsusi əməliyyatlar yaxın günlərdə, çox güman ki, bütün ölkə üzrə keçiriləcək, belə ki, bu SSRİ tərəfdarları artıq bütün sərhədləri keçirlər”, – güc strukturlarının nümayəndəsi deyib.

Mənbə qeyd edir ki, iyulun 20-də lom və “şəhər icraiyyə komitəsinin sədrinin əmri” ilə silahlanmış radikallar Nijnevartovskda inzibati binalardan birinin bağlı qapısını sındıraraq, içəri daxil olublar. Onlar binaya daxil olan kimi xüsusi təyinatlılar və FTX əməkdaşları da hadisə yerinə gəliblər.
Evimiz SSRI

“Radikallar nə baş verdiyini və bura gələnlərin kim olduğunu anlamırdılar. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına “SSRİ prokurorluğu” ilə hədə-qorxu gəlir, özlərinin verdikləri əmrləri nümayiş etdirir və elə davranırdılar ki, sanki öz əməllərinin tam qanuni olmasına əmindirlər”, – nəşrin həmsöhbəti bildirib.

Şəhərdəki digər ünvanlarda da binaları ələ keçirmək istəyən sektantlar tutulub.

Radikallara qarşı xüsusi əməliyyatın keçirilməsi barədə qərar onların silahlı olması və bu silahlardan polis və vergi orqanlarının binalarının ələ keçirilməsi üçün istifadə niyyəti haqqında məlumat daxil olduqdan sonra verilib.

“SSRI-yə – evimizə” sektasının davamçıları arasında özlərini bu təşkilatın güc bloku adlandıran “SSRİ Dövlət-Xalq Fövqəladə Komissiyası”nın üzvləri də olub.  /Virtualaz.org/

Paylaş: