Ca. Noy 14th, 2019

Dünya erməniləri bunu niyə istəyirlər? – DETALLAR AÇIQLANDI

İrəvan Qarabağ məsələsində hər zaman fəal olub və onun dərəcəsinin aşağı düşməsinə imkan verməyib.

Politoloq, ermənişünas Qafar Çaxmaqlı Ermənistanın Qarabağ fəallığının səbəblərinə aydınlıq gətirib.  Q.Çaxmaqlı hesab edir ki, bu fəallıq həm də ABŞ-ın Qarabağ məsələsində aktivlik nümayiş etdirməsi ilə də bağlıdır:

“İndiki məqamda Birləşmiş Ştatların bu məsələyə əvvəlki illərdən daha çox diqqət ayırmasından dolayı, Ermənistan hər situasiyaya hazır olmaq istəyir. Rəsmi Vaqşinqton isə bu dəfə də mövqe üstünlüyü əldə etmək mübarizəsi verir. Bu fəallıq yeni bir sürpriz vəd etmir. ABŞ hər zaman bir çox məsələlərə müdaxilədə özünü daha fəal göstərmək istəyib. Amma Moskva heç vaxt Ermənistanı ABŞ-ın nəzarətinə verməz”.

Q. Çaxmaqlı vurğulayıb ki, bütün bu siyasi hadisələr Paşinyan hakimiyyəti üçün faydalıdır:

“Onun hakimiyyətinin güclənməsi və böyük siyasi güclərin onunla hesablaşacaq həddə çatması bölgədəki proseslərdən asılı olacaq. Müharibə indiki halda Paşinyanın gücünü təhlükəyə atardı. Ona görə də dalbadal dünya ermənilləri sülhün davam etməsi üçün bəzi sənədlərin ortaya çıxmasına çalışdı”.

Q. Çaxmaqlı Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda Ermənistana səfər edəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Bu səfər Rusiyanın ABŞ-la mövqe savaşında üstünlük əldə etmək səyləridir. Səfər sürüşkən erməni rəhbərliyini ABŞ-a yönəlməkdən çəkindirmək üçün ediləcək. Rusiya Ermənistana öz yerini bir daha göstərəcək. Ermənistan müti bir varlıqdır, başının üstündəki qamçının başına enəcəyini bildiyindən Rusiyanın dediyini edəcək. Rusiyanın dediyi isə, yalnız Rusiyanın öz maraqlarından doğanlardır. Azərbaycan Rusiyadan beynəlxalq hüququn diqtə etdiyi normalara əməl etməsini istəyir. Bu isə Rusiyanın hələ ki, imperialist istəklərinə tərs mütənasibdir”. (redaktor.az)

Paylaş: