Ça. Noy 19th, 2019

Kəmaləddin Heydərov onu mətbuat katibi təyin etdi – FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə yeni rəis təyin olunub.

Bu vəzifəyə Gülçin Mehdiyeva gətirilib.

Qeyd edək ki, G.Mehdiyeva uzun müddətdir FHN-nin İctiamiyyətlə əlaqə idarəsinin baş zabiti vəzifəsində çalışıb.

Əhalinin maairfləndirilməsi və təbliğat işi ilə məşğul olub.

FHN-dən təyinatı təsdiqləyiblər.

G.Mehdiyeva açıqlamasında rəhbərlik tərəfindən göstərilən böyük etimada görə təşəkkür edib:

“Böyük etimad göstərilib. İnşallah çalışacam ki, bu etimadı doğruldum. Hazırda işlərlə daha yaxından tanış oluram. İnşallah mətbuat nümayəndələrilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəyik”. (modern.az)

Paylaş: