Ça. Noy 19th, 2019

S-400-lərin ikinci partiyası Çinə aparılır

Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin Çinə göndərilməsinin ikinci mərhələsi başlayıb.

Xarici KİV xəbərlərinə görə, daşınma Sankt-Peterburq yaxınlığındakı Ust-Luga limanından edilir.

Çin 2014-cü ildə Rusiya ilə imzaladığı müqavilə ilə S-400 hava hücumu müdafiə sisteminin ilk xarici alıcısı olub.

Sistemin göndərilməsinin ilk mərhələsi ötən il başa çatıb. İlk göndərmədən sonra Çin ordusu sistemin sınaq əməliyyatını uğurla başa vurduğunu açıqlayıb. (modern.az)

Paylaş: