Ç. Okt 23rd, 2019

Prezidentdən Vergilər Nazirliyi ilə bağlı VACİB SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Vergilər Nazirliyinin strukturu təsdiq edilir.

Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar:

Milli Gəlirlər Baş İdarəsi;

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi;

İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;

Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;

Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;

Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə;

Çağrı Mərkəzi (baş idarə səlahiyyətli);

yerli bölmələr (baş idarələr, idarələr və şöbələr).

Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

“Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 1654 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 718; 2015, № 2, maddə 145) ləğv edilir.

Paylaş: