26 Oktyabr 2020 00:07

Azərbaycançılıq və islam dini dəyərləri

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Azərbaycançılıq ideya sistemində islam dini dəyərlərinin mühüm yeri və əhəmiyyəti vardır. Azərbaycançılıq və dünyəviliyi, müasirliyi, avropalaşmanı, tərəqqini, milli birlik kimi ideyaları özündə birləşdirən Azərbaycan türk-islam mədəniyəti azərbaycanlıların əsrlərdən gələn milli dövlətçilik ideologiyasının, azərbaycançılıq ideyasının, dini-mənəvi dəyərlərin bərpasını və inkişafını tələb edir. İslam dini dəyərləri azərbaycanlıların mənəvi varlığının ayrılmaz tərkib hissəsinə çevrilmiş, türk-islam mədəniyyəti isə əsrlər boyu azərbaycanlıların inkişafına güclü təsir edən amil olmuşdur.

Azərbaycan xalqının mədəniyyətini, mənəviyyatını, həyat tərzini islam dini-mənəvi dəyərləri olmadan təsəvvür etmək çətindir. Azərbaycan xalqı həm ümumi islam mədəniyyəti, həm də xüsusi, spesifik Azərbaycan mədəniyyətinin daşıyıcısıdır: “İslam mədəniyyəti orbitinə daxil olan xalqların sintezi bir sıra müsəlman xalqlarını birləşdirən ümumi, vahid olan mədəniyyət yaratmışdır ki, bu da uzun əsrlər üçün həmin xalqların dünyagörüşünü, ənənələrini, həyat tərzini, mənəvi norma və ideallarını, psixologiyasını, ictimai təsisatlarını və davranış modellərini müəyyən etmişdir”. İslam mədəniyyəti XIX-XX əsrlərdə formalaşan milli mədəniyyətə, o cümlədən, milli ideya və milli ideologiyaya güclü təsir göstərmişdir. Məlumdur ki, milli ideologiya yalnız millətin yaranması ilə meydana gəlməmişdir. Bu ideologiya Azərbaycanın tarixi inkişaf mərhələsindəki milli-mədəni dəyərlərin, o cümlədən, islam dini-mənəvi dəyərlərin təsirilə formalaşmış və onların varisi kimi təşəkkül tapmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra milli ideologiya azərbaycançılıqla yanaşı, islam dini-mənəvi dəyərləri də bərpa olundu. Azərbaycan Respublikası milli ideologiyada islamla bağlı məqamları qoruyub saxladı, azərbaycançılıq dövlət ideologiyası səviyyəsinə yüksəldi. Azərbaycançılıq milli ideologiya və milli adət-ənənələrlə bağlıdır. Bu ideologiyada dini-mənəvi dəyərlər də mühüm yer tutur. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu tutan Azərbaycanda din dövlətdən ayrı olsa da, dini-mənəvi dəyərlər xalqın mənəviyyatı, dünyagörüşü, həyat tərzi və ideologiyasından ayrılmazdar. Bir sözlə, Azərbaycanda milli və dini ideya üstünlük təşkil edir: “Hazırda Azərbaycanın ictimai həyatında iki başlıca kommunalist ideya – dünyəvi milli-azərbaycançılıq ideyası ilə dini islamçılıq ideyası üstünlük təşkil edir və bu ideyalardan hər biri getdikcə öz sosial bazasını gücləndirir”. R.Əliyev çox düzgün olaraq qeyd edir ki, müstəqillik illərində Azərbaycanda millət ideyası dirçəldi, “milli birlik, dünyəvilik, müasirlik, avropalaşma və tərəqqi ideyalarını rəhbər tutan milli dövlətçilik ideologiyası siyasi nəzəriyyə və siyasət kimi hegemon qüvvəyə çevrildi”.

Dini-islamçılıq ideyası güclü təsirə malik olsa da, milli və dini ideya bir-birilə birləşə bilməz. “Azərbaycanda dövlət dindən ayrıdır. Lakin intellektual-ruhi və ideoloji komplekslər kimi milli ideya ilə dini ideya labüd olaraq üst-üstə düşür və çarpazlaşır. Çoxmillətli və çoxkonfessiyalı bir dövlət kimi Azərbaycan Respublikasında həmin ideyaların xalqın ümumi mənafeyi naminə yaxınlığı, müəyyən hüdudlar daxilində əməkdaşlığı və bir-birindən qarşılıqlı səmərəli surətdə faydalanması mümkün və labüddür. Məhz bu səbəbdən dövlət daima sübuta yetirməyə çalışır ki, onun götürdüyü dünyəvi inkişaf yönümü dinlə mənəviyyat sahəsində əməkdaşlığı istisna etmir”. İslam dini-mənəvi dəyərləri əsrlər boyu insanları müqəddəs əxlaq normaları ilə tərbiyələndirmişdir. S.Xəlilov islamın iki istiqamətdə qurulduğunu göstərir: “1. İnsandan Allaha müqəddəslik duyğusu. 2.Allahdan insana – necə yaşamağın konkret yolları”. İslamda dini-mənəvi dəyərlər dünyanı qoruyan, cəmiyyətdə insanların davranışını tənzimləyən nizamın cövhərini təşkil edir. İslam cəmiyyətdə yüksək mənəvi fəzilətlər, yaxşılıq, xeyirxahlıq, əmanətə sədaqət, düzlük, başqalarına təmənnasız yardım hissləri tərbiyələndirir, müsəlmanların birliyini, nəsillərin mənəvi-ruhi varisliyini qoruyub saxlayır. İslamın təqdir və yasaq etdiyi əxlaqi və qeyri-əxlaqi sifətlər aşağıdakılardır – şücaət, ədalət-zülm, ali təbiət-alçaq təbiət, xoşgümanlıq, bədgümanlıq, mehribanlıq, kobudluq, həlimlik, qəzəblilik, insaflılıq, insafsızlıq, qənaətcillik, hərislik, acgözlük-səxavətlilik, əliaçıqlıq-simiclik və xəsislik, əminlik-məkr, xəyanət, ehtiramlılıq-təhqir etmək, sülh, dostluq, ülfət yaratmaq-fəsad, ədavət salmaq, xoşəhval-kobudluq, doğruçuluq-yalan, ixlas-riya, səmimilik-nifaq, həyalılıq, utancaqlıq-həyasızlıq, tövbə-günahkarlıq, vəfa-cəfa, Allaha təvəkkül-Allaha etibar etməmək və s.

İslam dini insanın maddi-mənəvi həyatının bütün sahələrinə şamil olan kamil və misilsiz bir ideologiya kimi dəyərləndirilir. İslam “insan fitrətinin axtardığı bütün xeyir və səadət yollarını göstərir, öz sağlam ruhuyla bəşəriyyəti hər növ mənəvi xəstəliklərdən xilas edir”. İnsan həyatının elə bir guşəsi tapılmaz ki, dinimizin yol göstərən güclü hökmləri onun haqqında düzgün proqramlar irəli sürməsin. Onun qanunlarının əsas hədəfi insanın hərtərəfli tərbiyə və təkamülüdür. İslam tərbiyə insanın istək və meyillərini tənzim edir və saflaşdırır. Bu dinin hədəfi budur ki, insan cəmiyyətinin bütün sahələrində haqq və ədalət icra olunsun. Əsrlər boyu yaranan milli-mənəvi dəyərlər, o cümlədən, dini-mənəvi sərvətlər cəmiyyətin sosial tənzimləmə və ideoloji sistemində mühüm rol oynayır. Dövlət dini-mənəvi dəyərlərin sosial-mənəvi məzmununa varislik prinsipilə yanaşaraq, onlardan ideoloji tərbiyədə istifadə edir. R.Əliyev düzgün olaraq varislik prosesində irsən keçmiş dəyərlərin yenidən dirçəldildiyini və inkişaf etdirildiyini qeyd edərək, müsəlman ölkəsi olan Azərbaycan şəraitində sosial-psixoloji varislik mexanizmi vasitəsilə keçmişin gözəl əxlaqi dəyərlərilə yanaşı, o dövrün sosial bəlaları – dini təəssübkeşlik, mövhumat və xurafatın da müasir nəsillərin şüuruna və əməli həyatına yol tapdığını, buna görə də dini-mənəvi dəyərlərə münasibətdə mövqeləri müəyyən edərkən, bu amilləri də nəzərə almağı tövsiyə edir: “Burada dövlətin bütün ideoloji və tərbiyəvi təsir mexanizminin gücündən səmərəli istifadə olunmalıdır…

Hər şeydən əvvəl, müstəqillik şəraitində adət-ənənələrə şüurlu varislik münasibəti təbliğ edilməlidir. Bu zaman əsas meyar kimi adət-ənənələrin sosial-mənəvi potensialı açıqlanmalıdır”. Müəllif haqlı olaraq mədəni irsimizin qızıl fondunu təşkil edən ümumbəşəri ideyalar tərənnüm edən klassik irsin görkəmli fikir dühalarının irsinə birtərəfli yanaşmanın bu irsin əsil məzmunundan təcrid edilərək təhrif edilmiş şəkildə Azərbaycan ictimai fikir tarixində ateizmin müqəddəs ideya şərtləri kimi təqdim edilməsinə son qoyulmasını və bu irsdə indiyə qədər gizlədilmiş dinlə bağlı mədəni-mənəvi dəyərlərin açıqlanıb mənimsənilməsi zərurətini də göstərir. Azərbaycan Respublikasında milli ideologiyanın inkişafında müstəsna xidməti olan Ulu Öndər Heydər Əliyev xalqımızın milli-mənəvi və islam dini dəyərlərini Azərbaycan xalqının milli sərvəti hesab edirdi. Ulu Öndər ənənələri, milli, mənəvi və dini dəyərləri ölməz, əbədiyaşar dəyərlər kimi qiymətləndirirdi. O, fəxrlə bəyan edirdi ki, müstəqil Azərbaycan Respublikasında dini, mənəvi və milli adət-ənənələr bərpa edilmişdir.

Heydər Əliyev Azərbaycanda dünyəvi – demokratik cəmiyyət qurulduğunu və dini-mənəvi dəyərlərə qayıdış baş versə də, islamın hakim ideologiya olmasına yol verilmədiyini, sivil dövlət quruculuğu prosesində bütün ümumbəşəri dəyərlərdən, xalqımızın milli mentalitetinə, mənəviyyatına uyğun cəhətləri götürüb tətbiq etməyin vacibliyini göstərirdi. O, sovet dövründə ateist tərbiyəsinin dini-mənəvi dəyərləri xalqın qəlbindən çıxara bilmədiyini qeyd edirdi. Çoxmillətli dövlət olan Azərbaycanda yaşayan vahid milli ideologiya – azərbaycançılıq ətrafında birləşmiş digər xalqlara, millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, islam dininin buyurduğu kimi qardaşlıq, dostluq əlaqələri yaradılması zərurətini diqqətə çatdıran Ulu Öndər dinlərarası münaqişələrə yol verilməməsini, onların birliyində, qarşılıqlı anlaşmasında islam dini-mənəvi dəyərlərinin dirçəldilməsinin dövlət ideologiyası və mənəvi tərbiyə sahəsində nəzərə alınmasını diqqətə çatdırırdı.

Ulu Öndər Heydər Əliyev dini-mənəvi dəyərlərə yüksək qiymət verərək, onun azərbaycançılıq ideologiyasına, vətənpərvərlik tərbiyəsinə güclü təsirini açıqlayırdı. Ulu Öndər göstərirdi ki, islam dini həmişə insanları saflığa, ülvi mənəviyyata dəvət etmişdir. Qurani-Kərim insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir. Müstəqil Azərbaycan Respublikasının bu ağır, çox çətin, keşməkeşli dövründə bütün bunların bizdən ötrü böyük əhəmiyyəti var. Məhz bu dövrdə hər bir azərbaycanlı, hər bir müsəlman, ilk növbədə, islam dininin tövsiyələrindən istifadə edərək öz mənəviyyatını yüksəltməlidir. Mənəviyyatımız nə qədər yüksək olarsa, hər bir insanda, azərbaycanlıda, müsəlmanda vətənə, öz amallarına sədaqət, mənəvi saflıq əhval-ruhiyyəsi nə qədər güclü tərbiyə edilərsə, Azərbaycan da bunun ağır böhran dövründən, çətinliklərdən o qədər tez və müvəffəqiyyətlə çıxar. Müasir demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quran Azərbaycan dini-mənəvi dəyərlərə və milli ideologiyaya dair bu qiymətli ideyalardan bəhrələnərək Ulu Öndərin layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə güclü inkişaf yoluna qədəm qoymuş və çətinlikləri böhranları aradan qaldıraraq uğurla irəliləməkdədir.

Yazı Əqli Mülkiyyətçilərə Kömək İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti, ənənəvi islam dəyərləri və müasirlik” layihəsi çərçivəsində dərc olunur.

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri