Bz. Avq 18th, 2019

Bayrağın ay-ulduz rəmzlərinin tərs çəkilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Mətbuatda Yeni Bulvar tərəfdə yerləşən və üzərində “Gəmi muzey” yazılan gəmidə Azərbaycan bayrağının ay-ulduz formasının tərs çəkilməsi ilə bağlı məlumat yayılıb.

Bayrağımızın ay-ulduz formasının bu şəkildə çəkilməsi isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Maraqlıdır ki, məlum tendensiya ilə bağlı qanunvericilik necədir?

Məsələ ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev Redaktor.az-a açıqlamasında bildirib ki, ifadə olunan narazılıqlar əsassızdır və gəmi üzərində ay-ulduz düzgün formada çəkilib:

“Bayraq vurulma qaydalarına görə təyyarə, gəmi və digər iki tərəfi olan əşya və obyektlərdə sağ və sol tərəf varsa, bayraq hər tərəfə uyğun olaraq çəkilir. Sağ hissəyə çəkilən bayraqda ay-ulduz tərs istiqamətdə olur. Bir növ güzgü effekti verir. Yəni, dalğalanan bayrağa da baxanda qarşı tərəfdə ay ulduz tərs görünür”.

Paylaş: