Bz. Dek 15th, 2019

“Prezidentin bu addımı tarixi qərardır” – Məlahət İbrahimqızı

“Möhtərəm Prezidentimiz İlham Əliyevin Türkiyə vətəndaşlarının 1 sentyabrdan ölkəyə girişi və ölkədə qalma üçün tələb olunan vizanın qarşılıqlı olaraq qaldırılması haqda tarixi qərarı hər iki qardaş ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir”.

Turkustan.info xəbər verir ki, bu açıqlama ilə millət vəkili Məlahət İbrahimqızı çıxış edib: “Bu qərar iki xalqın və dövlətin qardaşlığına, dostluğuna,işbirliyinə, xüsusilə də Çağdaş Dövlətimizin Qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin dillər əzbəri olan müdrik Bir Millət İki Dövlət kosepsiyasına verilən ən böyük və əvəzsiz töhfədir.
Belə bir qərarın qəbulu bütün sahələrdə Birliyimizin, Bütövlüyümüzün daha da güclənməsinə xidmət edəcəkdir”.

Paylaş: