Ç. Noy 13th, 2019

Londonda Məsud Özilə bıçaqlı HÜCUM

Arsenal” komandasının türk əsilli ulduzu Məsud Özilə hücum edilib.

Xarici KİV xəbərlərinə görə, ulduz futbolçu Londonda türk restoranından çıxarkən bıçaqlı hücuma məruz qalıb.

Avtomobilinə yaxınlaşan Məsud Özilə arxadan əli bıçaqlı şəxs yaxınlaşmaq istəyib.

Bu zaman “Arsenal”ın digər ulduz oyunçusu Sead Kolasinak müdaxilə edib. Özünü itirən soyğunçu kənara çəkilib. Məsud Özil isə avtomobilindən enərək restorana daxil olub.

Hadisədən sonra əraziyə polis gəlib. Futbolçular baş verənlərlə bağlı polisə ifadə veriblər. (teleqraf.com)

Paylaş: