Ça. Noy 12th, 2019

Dünya bu şəkildən danışır: İsrail səfiri prezidentin qarşısında belə dayandı

Şimali Makedoniyadakı İsrail səfiri Dan Oryan 6 mayda prezident seçilən Stevo Pendaroksini fərqli  şəkildə ziyarət və təbrik edib. 

İsrailin Şimali Makedoniyadakı səfiri Dan Oryan ölkə prezidenti Stevo Pendarovski ilə görüşdə bir əli üstə dayanıb. Bu görüşdən çəkilən fotonu diplomat öz “Facebook” səhifəsində paylaşıb.

Görüşdə iki ölkə arasında iqtisadi münasibətlər, eyni zamanda təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Prezident Pendarovskinin sözlərinə görə, səfir qeyri-adi bacarığını görüşün qeyri-rəsmi hissəsində nümayiş etdirib. Şimali Makedoniya prezidenti diplomatın paylaşımına şərh də yazıb: “Qoy, bu şəkil motivasiya olsun, bir daha sübut etsin ki, məşq etmək çox vacibdir, bəzən hətta əyləncəlidir”.  (cebhe.info)

Paylaş: