Türkiyənin F-35 müqaviləsində sensasion DETAL

Türkiyənin S-400 zenit-raket komplekslərini almasından sonra ABŞ F-35 layihəsindən Türkiyəni çıxarmağa hazırlaşır. “Lokid Martin” şirkəti isə Türkiyədə istehsal edilən detalların ABŞ-da istehsal ediləcəyini açıqladı. ABŞ-ın sözügedən qərarından sonra Türkiyəyə almağı planlaşdırdığı 100 ədəd təyyarə də satılmayacağı ehtimal edilir.

Türkiyənin bu səbəbdən məhkəməyə müraciət edəcəyi və hüquqi vasitələrlə haqqını tələb edəcəyinə dair fikirlər səslənir.

Bugünkü köşəsində sözügedən məqamlara toxunan Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı Məhməd Acet Türkiyə ilə ABŞ arasında imzalanan F-35 anlaşmasının sensasion detallarına toxunub.

“F-35 təyyarələri ilə bağlı müqavilələr hazırlanarkən arbitraj məhkəməsinə müraciət kimi hüquqi təminatlar müqavilə mətnində yer tapmayıb. Yəni ABŞ Türkiyəni layihədən çıxarmaq qərarını reallaşdırsa, Türkiyənin ödənişini geri almaq üçün müraciət edə biləcəyi hər hansı bir qurum yoxdur. Bu vəziyyətin səhlənkarlıq və ya buna bənzər bir anlayışla izah edilə biləcəyini zənn etmirəm. Əsl səbəbi nədir, bilmirəm, ancaq düşünürəm ki, layihəyə daxil olmağın şərtlərindən biri də belə bir vəziyyətdə haqqını axtarmaq yollarının bağlı olduğunu əvvəlcədən qəbul etmək imiş”, – Acet bildirib. (axar.az)

Paylaş:

Share