Şb. Noy 16th, 2019

11 Sentyabrın təşkilatçısı: Edam edilməsəm, əməkdaşlığa hazıram

ABŞ-da 11 Sentyabr hücumlarını təşkil etməkdə günahlandırılan Xalid Şeyx Məhəmməd Səudiyyə Ərəbistanına qarşı çıxa bilər.

Turkustan.info xəbər verir ki, o, barəsində edam cəzasının verilməyəcəyi təqdirdə terror qurbanlarının Ər-Riyada qarşı açdığı istintaq işində əməkdaşlıq edə biləcəyini bildirib.

Qeyd edək ki, 11 Sentyabr hücumunu həyata keçirən 19 nəfərdən 15-i Səudiyyə Ərəbistanı vətəndaşı olub. Terror qurbanlarının yaxınları teraktda Ər-Riyadın əli olduğunu iddia edərək bu ölkəyə qarşı məhkəmə işi qaldırıb.  /Axar.az/

Paylaş: