C. Dek 6th, 2019

Afət Fərmanqızı HƏCİNİN pulunu yox, ürəyini sevir – ƏLİ MİRƏLİYEV “SANDIĞ”I AÇDI…

Son dövrlərdə məşhur xanımlar arasında “Həci” sevdası yaman yayılıb… Görəsən, xanımların “Həci” sevdası hardan qaynaqlanır və ya görəsən, xanımlar bu həcilərin nəyinə vurulur? Bəlkə, puluna? Ərz eləyim ki, bu məmləkətdə həcilərdən də pullu kişilər var ki, həmin bu sənətçi xanımlara “tülkü pendirə baxan kimi” baxırlar. Bəlkə, yaraşığına? Yoox, bu bir həqiqətdir ki, həcilərdən də yaraşıqlı, cazibədar bədənli, cibi boş, qolu zorlu  idmançılarımız var. Bəs, onda nəyi, hə, nəyi həcini bu qədər cəlbedici edir? Həə, bax, indi gəlirik əsas mətləbə. Həmin o pullu kişilər, qolu zorlu idmançılar şərab içir, həcilərsə çay. Birinci və ikincilər pullarını şərab məclislərinə səpir, həcilərsə kliplərə…Məhz ona görədir ki, madmuazel sənətçi xanımlar həcilərdən bərk yapışır. Deməli bu o deməkdir ki, “həci başqadu”.

Biz bu sözlərimizlə həciləri və ya onlara meyilli xanımları qətiyyən təhqir etmək istəmirik. Sadəcə, bu tip münasibətlərə cəmiyyətin reaksiyasını ifadə edirik. Məsələn, götürək, bizim bu Əli Mirəliyevi. Adam həci sözünü eşidəndə, “daş atıb, başını tutur…”

Əli Mirəliyev: “Bunlar güya seçilmişlərdir”.

“Bunların çoxu Həccə ziyarət üçün yox e, biznes üçün gedirlər. Fikirləri başqadır. Lap əvvəldən, həcilərdən gözüm su içməyib. Dürüst adam doğulandan elə həci kimi doğulur, başa düşürsən? Onun ziyarətə getməyinə ehtiyacı yoxdur. Amma bəziləri narkotika, insan, spirtli içki satmaqla özünə həcı deyir. Yanında sevgili saxlayır, adını da sponsor qoyur. Xanım müğənnilərin onlara ehtiyyacları var axı… Oxuyan adamın həcinin yanında nə işi var? Ev, maşın alırlar, amma ortada sənət yoxdur, sənət… Damla kimi, hər şeyi var, amma oxuyan olmayacaqsan. Elə Afətin özü də, mən deyəndir. Onlar adi fəhlə ilə ailə həyatı qurarlar? Həcinin pulu var, ona görə evlənirlər. Həcinin 70 yaşı var, bunların 30. Həci bunun işini düzüb qoşandan sonra, gedib cavanlara ilişir”.

Səslənən şok fikirlərə yenicə ailə həyatı quran Afət Fərmanqızı münasibət bildirdi:

“Həyat yoldaşım həcidir. Əli Mirəliyevin söylədiyi fikirlər mənə aid deyil. Çünki o, məni çox istəyir. Biz xrtistian ölkəsində yaşamırıq ki, həci ilə ailə həyatı qurmaq qəribə hal kimi qiymətləndirilsin. Həcidirsə o demək deyil ki, imkanlıdır. Mənim heç nəyə ehtiyacım yoxdur. Əgər maddiyyata önəm versəydim, həcidən qat-qat pullu insanlar mənimlə evlənmək istəyirdi, onları seçərdim. Öz imkanıma nə gəlib ki? Həcinin pulunu yox, ürəyini sevirəm”. (redaktor.az)

Paylaş: