Bz. Avq 25th, 2019

2000 illik dövlətçilik tarixi olan millətin sərhədi hardan başlayır?

Orxan Əlixanlı

Müqəddəs dinimiz olan islam ideologiyasında hər zaman və hər an sarsılmaz  keşiş çəkən, və islami ədaləti rəhbər tutaraq böyük dövlətlər quran, Altay dağlarından, Ərəbistan yarımadası, qoca Misir elinə kimi ədalət sərgiləyən böyük Türk xalqına salam olsun…

Hər zaman sual olunanda kı, vətən hardan başlayır? Çoxları bu suala “sərhəddən başlayır”- deyə cavab verir. Amma vətən könüldən, qəlbdən, ideologiyadan başlayır. 2000 illik dövlətçilik tarixi olan millətin sərhədi yoxdur və vətən- bütün dünyadır deyə yola çıxıldı. Dövlət bağlı qapılar arxasında daş divarlar deyil.Dövlət türkün ruhudur. Hər bir türk bir dövlətdir. Yer üzərində nə qədər türk varsa, bizim bir o qədər dövlətimiz var. Hun imperatoru Attilanı avropalılar “Tanrının qamçısı” (latınca: Flagellum Dei)adlandırsalar da, Roma qapılarına kimi dayanan, roma papasını belə diz çökdürüb və hər zaman ədaləti təcəlli etməyə çalışan böyük türk xalqından peyğəmbər görmədik. Adətən ulu tanrı harda vəhşilik, ədalətsizlik, çoxtanrıçılıq olan xalqlar vardısa hər zaman onlara peyğəmbər göndərərdi.Amma peyğəmbərlərin yaratdıqlarını vəfatlarından sonra hətta sağlıqlarında da belə dəyişib  öz istəkləri kimi həyata keçirib və getdikləri yolun düzgün olduğunu dünyaya sübut etmək ağlında olan xalqlar, məhz türk xalqının böyüklüynü  qəbul etsədə hər bir zaman qısqanclıq, nifrəti hislər bəsləmişlər. Müasir dünyada dövlət idarəçilik instutlarının özünə məxsus istiqamətləri varki, bu da dövlət yaradan xalqların etnopisixologiyasından aslıdır.Mete xan (b.e.ə 209-174) dövründə dövlətin idarəçiliyi bütövlükdə xaqan ( hökmdar) tərəfindən idarə edilsədə məşvəritçi şura olan indiki dövrdə ekivalenti parlment funksiyasını yerinə yetirən qurum yaradılıb və tarix boyu yaradılan əksər türk dövlətlərinin dövlət idarəetmə instutlarında öz əksini tapmışdır. Məqsəd dövlətin gələcəyi, ola biləcək hər bir təhlükədə ayaqda qalmağı vədaha ədalətli idarəçilik sistemi formalaşdırmaqdan ibarətdir.Qədim bir türk atalar sözündə deyilərkən  “Türk ac qalar, amma dövlətsiz qalmaz”.Tarixi diqqətlə araşdırsaq, əksər türk dövlətlərini elə türk dövlətləti süquta uğradıb və yerində yeni türk dövlətləri yaradıblar. Belə bir istiqamət sanki dövlətin özünün yenilənmə, əvəzlənmə siyasəti yeritdiyini anlamaq olur.Bəzi şəxsiyyətlər varki, verdikləri qərarlarla  dövləti qoruyub saxlayıb, təkmilləşdirib, daha uzun məsafəli hədəflərə aparıb.Əsaslı türk dövlətçilik instutuun formalaşmasını Mete xandan götürsək görə bilərik ki, dövlətin çətin vaxtında vəziyyəti düzgün qiymətləndirib, Teoman xanın atdığı yanlış addımlarla gələcəyi şübhəli ola biləcək dövlətdə atasını haimiyətdən salaraq,edam etdirib, hakimiyyəti əla aldı. Metenin  belə bir iqtidarı nəyinki tək türk dünyasına eləcə də, dünya siyasət aləminə bir örnək, istiqamət  oldu. Bəzən tarixdə onu ata qatili saydılar və sayacaqlarda. Türk törəsi nəyi vacib bildisə onu yerinə yetirmək gücü hər bir şəxsiyyət də olmayıb və  bəlkə də ola bilməz. Mete xan təkcə türk dövlətçilik instutunun  yox, tarixi və  bu gün də inkişaf edən türk ordu distiplinin əsasını qoymaqla adını tarixin daş salnaməsini əbədiyyata qədər hək etmişdir. Hədəfi qızıl alma olan xalq kimdi ilk növbədə tarixni araşdırsaq görərikki,Tanrı dağından, Şərqi Avropaya qədər hər zaman mübarizəli və keçməkeşli yol qət edib. Türklər islamı qəbul etdikdən sonra əlavə olaraq dini yaymaqda, ədaləti bərqarar etməkdə, məzlumun yanında olmaqla zülmə qarşı çıxmaqla dünya geosiyasi mühtində böyük rol oynayıb. 1071-ci ildə Sultan Alparslan Malazgird yaxınlığında özlərindən qat-qat çox Bizans ordularını məğlub etməklə ön Asiya, Anadoluda türk-İslam birliyinin əsasını qoydular və o gündən, bu torpaqlar təkcə türk yox, islam aləminin dayaq nöqtəsi oldu. Qeyd etdiyim Türk-İslam birliyi hər zaman vəhdətdə təşkil edilib. 1517-ci ildən 1923-cü ilə kimi Osmanlı sultanları həmçinin İslam xəlifəsi statusunu özlərində daşımağa başladırlar. Bu dövr ümumən islam tarixi, mədəniyyəti və əsasəda ideologiyasının tarixidə görülməmiş inkişaf mərhələsidir. Türk-İslam birliyi hər üç qitədə (Asiya, Avropa, Afrika) zülmdən əziyyət çəkən bir çox irili-xırdalı xalqlara stimul rolu oynayıb. Yaxın tarixə diqqət etsək görərik ki, 1918-ci il Osmanlı komandanı Nuru paşanın rəhbərliyi ilə Qafqaz-İslam ordusu yaradıldı ki, bu ordunun vasitəsi ilə daşnak, bolşevik işğalında olan Azərbaycan torpaqları azad edildi. Məhşur azərbaycan şairi Əhməd Cavadın 1914-cü ildə yazığı və Qafqaz-İslam ordusunun işğal olunmuş torpaqları azad etməsindən sonra dahi Üzeyir Hacıbəyovun musiqi bəstələdiyi “Türkün bayrağına” şeirində deyildiyi kimi

Ayrı düşmüş dost elindən,

İllər var ki, çarpar sinən!..

Vəfalıdır gəldi, gedən,

Yol ver Türkün bayrağına!

Bu günki dövrdə türk ordusunun Suriya, İraqda işğaldan azad etdiyi torpaqlarda hər zaman “Vəfalı türk gəldi yenə” sözləri ürəklərdə, dillərdə, meydanlarda deyilir.

Amma onu qeyd etmək lazımdır ki, tarix hər zaman eyni notlar üzərində davam etmir. Bu keçməkeşli yollarda çox əziyyətlər görən xalq son 200 ildə xarici qüvvələrin hücumlarına daha çox məruz qalıb. Bircə o faktı demək olar ki, 1991 –ci ilə kimi dünya siyasi arenasında cəmi bir türk dövləti vardı ki, o da Türkiyə Cümhuriyyəti olmuşdur. SSSR yəni 15 ittifaqdan 5-i türk dövləti idi. Adda ittifaq olan ancaq imperializim siyasəti ilə qurulan quruluşun süqutundan sonra yaranan müstəqil dövlətlərin bəzilərinin idarəçilik  istiqamətlərində bəzi fərqlilik yarandı. Ümumilli liderin dediyi “bir millət, iki dövlət” kəlməsi təkcə Azərbaycan-Türkiyə yox, həmçinin də bütün türk dünyası üçün proletit məsələdir.Yenicə müstəqillik əldə etmiş xalqlar sanki bir eyforiyada idilər.Öz tarixi,kökünə sadiq qalıb yeni dünya düzənində ayaqda qalıb, daha da güclənməsi üçün birlik olmaq vaxtıdır və bu yoldan dönmək olmaz.Məhz zamanında deyilmiş həmin kəlmənin sözün əsl mənasında ağırlığını, qüvvətliyini, siyasi hədəflərini açıq-aydın görmək olar.

Həmin dövrdə müstəqil qalan tək Türk Cümhurriyyəti vardı ki, o da yenicə müstəqillik əldə etmiş türk dövlətləri ilə açıq aydın yaxınlaşmaq siyasəti yeridə bilmək gücündə deyildi. Mustafa Kamal Atatürk hələ zamanında belə demişdir ki, “Bu gün Rusyanın elinde sımsıkı tuttuğu milletler avuçlarından kaçabilir-ler. Dünya yeni dengeye ulaşabilir, işte o zaman Türkiye ne yapacağını bilmelidir. Bizim, bu dostumuzun idaresinde dili bir, inancı bir, özü bir kardeşlerimiz vardır. Onlara sahip çıkmaya hazır olmalıyız. Hazır olmak yalnız o günü susup beklemek değildir. Hazırlanmak lazımdır. Milletler buna nasıl hazırlanır? Manevi köprüleri sağlam tutarak… Dil bir köprüdür. İnanç bir köprüdür. Tarih bir köprüdür. Köklerimize inmeli ve olayların böldüğü tarihîmiz içinde bütünleşmeliyiz. Onların bize yaklaş-masını bekleyemeyiz, bizim onlara yaklaşmamız gereklidir.”

Təkcə Türkiyə Cümhürriyyətinin yox eləcə də əsarətdə qalan digər türk dövlətləri də bu yolda hər zaman istər gizli istərsə də müəyyən dərəcə də açıq-aydın əlaqələr qurmağın nəticəsi olaraq,  müstəqillik illərində türk dünyasında ən böyük addım 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə mədəniyyət nazirləri tərəfindən qurulan TÜRKSOY oldu ki, bu da öz növbəsində mədəniyyət adı ilə türk dünyasını əlaqələndirilməsi siyasəti ilə bütün sahələrdə əlaqələndirmə siyasəti yerinə yetirməyə başladı. 3 oktyabr  2009-ci ildə Naxçıvan Muxtar Respublikasında  türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə imzalanmış Naxçıvan sazişinə əsasən  yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır.

Türk Şurası 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranmışdır. Belə bir təşkilatlandırılma yenə də bəzi dairələrin, güclərin narahat edən bir addımdır. Mustafa Kamal Atatürk demişkən “Türk olmaq çətindir – çünki dünya ilə savaşırsan, Türk olmamaq daha çətindir – çünki türk ilə savaşırsan”.

Atılan bütün addımlar iqtisadi, hərbi və ən əsasda siyasi birliyi formalaşdırmaqdan və böyük tariximizə bağlılıqdan ibarətdir.Bu istiqamətdə atılan addımlar get-gedə daha da güclənir və güclənməlidirdə.

 

Paylaş: