Bz. Okt 20th, 2019

“Tullantılara ikinci həyat bəxş et” layihəsi başa çatdı

Rəqəmsal İnkişaf İB-yi “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının” maliyyə yardımı ilə artıq may ayndan başladığı “Tullantılara ikinci həyat bəxş et” layihəsini sona çatdırdı.

Layihənin əsas məqsədi gənc nəsilə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, lazımsız saydıqlarımız əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməklə atılmış əşyalar, tullantı materiallarına yenidən həyat vermək prinsiplərini əsas tutaraq bir qrup gənclərə birlikdə Trash ART – Tullantıdan İncəsənətə adlı kampaniyanın təşkili idi.

Layihənin mahiyyəti insanları israfdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atma vərdişindən yayındırmaqla tullantıların lazımsız əşyalar toplusu olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın mümkün yolları haqqında kampaniyaların aparılmasından ibarət idi.

Layihə dövründə 3 günlük Trash ART – Tullantıdan incəsənətə adlı təlim təşkil olundu. Təlimdə məişət tullantılarından, lazımsız əşyalardan istifadə edərək 30-a yaxın kiçik sənət nümunələri hazırlandı 3 günlük Trash ART – Tullantıdan incəsənətə adlı təlim xarakterli kampaniyada 27 nəfər gənclər iştirak etdilər.

Təlim zamanı hazırlanan 30 (otuz) ədəd kiçik sənət nümunələri “Lady land” mərkəzində təqdim olundu. “İkinci Həyat” adlı sərgi təlim iştirakçıların iştirakı ilə həyata keçirildi. Sərgidə gənclər layihə dövründə hazırlanan papaq və maykaları geyinərək həm sərgidə iştirak etdilər həm də təlim dövründə hazırladıqları TRASH_ART – Tullantılardan hazırladıqları sənət nümunələrini təqdim etdilər. Biz bu sərgi vasitəsilə və gənclərimizin köməyi ilə istifadəyə yararsız saydığımız əşyalara təkrar istifadə yolu ilə ikinci həyat verərək, məişət tullantıların azaltmaqla ətraf mühiti və təbiətimizi qorumağa təbliğ etməklə gənclərimizi asudə vaxtlarının səmərəli istifadəsinə mesaj vermiş olduq. Təlim sonu gənclərə sertifikat təqdim olundu.

İş planına əasən layihə dövründə növbəti fəaliyyətimiz məişət tullantılarının təkrar emalı, TRASH ART – Tullantıdan İncəsənətə, təbiəti və ətraf mühitimizi qorumaq haqqında Azəri, rus və ingilis dilində təqdimat proqramı hazırlanaraq disklərə yazıldı və bukletlər hazırlanıb dərc olundu. Hazırlanan disklər və bukletlər müəllimlərə, tələbələrə, gənclərə və vətəndaşlara geniş formada və böyük maraqla təqdim olundu.

Paylaş: