Bz. Avq 25th, 2019

Adnan Oktarın dustaqxanadan yayılan son görüntüləri yayıldı – Video

Türkiyədə həbsdə olan Adnan Oktarın dustaqxanadan son görüntüləri yayılıb.

Turkustan.info xəbər verir ki, Türkiyə mətbuatında yayılan görüntülərdə Adnan Oktarın saçlarının yenidən qara rəngdə olması və hədsiz şəkildə arıqlaması diqqətdən qaçmayıb.

Adnan Oktara qarşı yönəlik İstanbul Respublika Baş Prokurorluğu tərəfindən təxminən 10 ay öncə əməliyyat təşkil olunmuşdu.

Əməliyyat zamanı Adnan Oktar da daxil olmaqla, 175 nəfər tutulmuşdu.
Ona qarşı cinayət törətmək məqsədilə təşkilat qurulması, uşaqların cinsi istismarı, cinsi təcavüz, yetkilik yaşına çatmayanlala cinsi əlaqə, uşaqların qaçırılması və saxlanılması, şantaj, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismarı kimi 30 ayrı maddə üzrə cinayət işi açılıb.

Paylaş: