Bz. Avq 25th, 2019

Bərzani Səddama görə kompensasiya tələb edir

İraqın mərkəzi hökuməti Ənfal əməliyyatının qurbanı olan kürdlərə kompensasiya ödəməlidir.

Turkustan.info xəbər verir ki, bunu İraq Kürd Muxtar Vilayətinin rəhbəri Nəçirvan Bərzani deyib. Onun sözlərinə görə, Bağdad kompensasiyanı ölkənin konstitusiyasına uyğun olaraq həyata keçirməlidir.

Qeyd edək ki, Ənfal əməliyyatı 1986-1989-cu illərdə Səddam Hüseyn hökuməti tərəfindən gerçəkləşdirilib. Əməliyyatın əsas hədəfi İraqın şimalında yaşayan kürdlər olub. Müxtəlif zamanlarda suryanilər və türkmanlar da bu əməliyyatların qurbanına çevrilib. Əməliyyat nəticəsində kürd yaşayış obyektləri sistematik şəkildə aviabombardmanlarına, hərbi əməliyyatlar, deportasiyalara və kimyəvi silah hücumlara məruz qalıb. Nəticədə 180 minə yaxın insan həlak olub.

Əməliyyatın əsas icraçısı olan “Kimyəvi Əli” ləqəbiylə məşhur olan Əli Həsən əl-Məcid 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsindən sonra həbs edilib. 2010-cu ildə o, insanlığa qarşı cinayət və soyqırımda ittiham olunaraq edam edilib.  /Axar.az/

Paylaş: