Be. Avq 26th, 2019

Prezident 47 general və admiralı istefaya göndərdi

Bu gün Ankarada Beştəpədəki Prezident Sarayında Ali Hərbi Şuranın (YAŞ) toplantısı keçirilib.

Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, toplantıda 14 general və admiralın daha yüksək rütbəyə yüksəlməsi, 40 polkovnikin general və admirallığa irəli çəkilməsi, 12 general və admiralın səlahiyyətlərinin 1 il, 313 polkovnikin səlahiyyətlərinin 2 il uzadılması barədə qərar verilib. Bu il sentyabrın 1-dən isə 47 general və admiral istefaya göndəriləcək.

Qeyd edək ki, saatyarımlıq toplantıda polkovniklərin və generalların təltif olunmalarının təqdimatı, səlahiyyət müddətlərinin uzadılması, vəzifə təyinatları və təqaüdə göndərilmələri müzakirə edilib.

Paylaş: