Bz. Noy 17th, 2019

Ərdoğana qarşı partiyanı bu şəxslər yaradır – Babacan açıqladı

Türkiyənin keçmiş iqtisadiyyat naziri Ali Babacan ölkədə yeni siyasi partiya yaradacaq şəxslərin adlarını açıqlayıb.

Turkustan.info  xəbər verir ki, o, payız aylarında Türkiyənin sabiq prezidenti Abdullah Gül və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş sədr müavini Bəşir Atalay tərəfindən yeni siyasi partiyanın yaradılacağını bildirib.

Qeyd edək ki, Ali Babacan iyulun 8-də AKP-nin sıralarını tərk edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-dən getdiyinə görə Babacanı tənqid etmişdi.

Bundan əvvəl isə Türkiyə mediası Ali Babacanın rəhbərlik etdiyi yeni bir partiyanın yaradılacağını və Abdullah Gülün bu siyasi hərəkata qoşulacağını xəbər vermişdi.   /Teleqraf.com/

Paylaş: