Be. Avq 26th, 2019

ABŞ Yerevanı təşvişə saldı

Rəsmi Yerevanın təşəbbüsü ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi ilə görüşüb.

Turkustan.info yerli KİV-ə istinadən bildirir ki, məlumatı Ermənistan Təhlükəsizlik Şurasının Mətbuat xidməti yayıb.

Məlumata görə, görüş zamanı Qriqoryan xüsusi olaraq ABŞ-ın Qarabağa humanitar yardımın davam etdirilməsinin vacibliyindən bəhs edib. O, həmçinin Treysiyə təhlükəsizlik, siyasət sferasındakı islahatları təqdim edib.

Qeyd edək ki, bundan öncə Amerika Ermənilərinin Milli Komitəsi (AEMK) ABŞ-ın Qarabağa humanitar yardımları dayandıra biləcəyi haqqında məlumat yayıb. AEMK-nın bu bəyanatı Yerevanda və Qarabağda təşviş yaradıb.     /Virtualaz.org/

Paylaş: