Be. Okt 14th, 2019

Fəzail Ağamalı Fazil Mustafaya: “Səni qaragüruhun bataqlığından çıxarmışam”

“Son statusum görünür Fazil Mustafanı çox əsəbləşdirib və məni cahillikdə ittiham edib. Özünü təkrarsız tarixi şəxsiyyətlərlə bir sırada, hətta bəzi hallarda onlardan üstün görən F.Mustafaya kiçik bir xatirlatma yerinə düşərdi”.

Turkustan.info bildirir ki, bu sözləri Modern.az-a deputat Fəzail Ağamalı söyləyib. Onun Fazil Mustafa haqqında fikirlərini olduğu kimi təqdim edirik:

“Sənin qaragüruhun bataqlığından çıxarılıb, normal həyata, sivil siyasi müstəviyə gətirilməyində böyük əmək sərf edəni cahil adlandırırsansa, məntiqlə bəs, onda sən kimsən?”

F.Ağamalı əlavə edib ki, davranış və fikirlərini nizamlaya bilməyənlə söz savaşına çıxmağı mənasız və vaxt itkisi hesab edir.

Paylaş: