Bz. Avq 25th, 2019

Rusiyadan AĞIR ZƏRBƏ: saniyələr içində hamısı məhv edildi – FOTO+VİDEO

Rusiya aviasiyası Suriyada terrorçulara nöqtə zərbələri endirib.

Turkustan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, avizərbələrin görüntüləri Müdafiə Nazirliyinin saytında dərc edilib.

Pilotsuz təyyarələrdən çəkilən videoda İdlib əyalətində terrorçuların obyektlərinə aviazərbələr göstərilib. Xüsusi halda, onlardan birində “Hayyat tahrir al-Şam” qruplaşmasından olan döyüşçülərin pikapının məhvi təsvir edilib.

Başqa bir videoçarxda isə Xama əyalətində özüyeriyən artilleriya topunun məhv edilməsi göstərilib.

Zərbələrin məhz nə vaxt vurulduğu dəqiqləşdirilməyib.

/Publika.az/

Paylaş: