Şb. Dek 14th, 2019

Tanınmış jurnalist “Araz” marketlər şəbəkəsini biabır etdi: Ayıbdır, utanın! – FOTO

Otuz dəqiqə əvvəl “Araz” marketlər şəbəkəsinin 9-cu mikrorayon filialından bu pendiri almışam. Artıq üçüncü dəfədir ki, belə kiflənmiş çıxır.

Turkustan.info xəbər verir ki, bu sözləri tanınmış jurnalist Səbuhi Sədəf (Məmmədli) öz “Facebook” hesabında yazıb.

“Bir dəfə “İvanovka” çörəyi kiflənmiş çıxmışdı, bir dəfə kolbasa, indi də bu pendir. Qabdakı guya Rusiya istehsalı olan (qiyməti 17 AZN) kolbasanı da yeməyə qorxuram. Lift işləmir. Bu, o deməkdir ki, mən bu gecə ac qalacağam. Çünki ürəyim 30 dəqiqə ərzində ikinci dəfə 9 mərtəbə qalxmağa imkan verməz.
Ayıbdır, utanın! Maddi ziyanınız gərək deyil, şəkər xəstəsi olan birini ac qoymağınızı, bağışlamayacağam”, – deyə Səbuhi Sədəf bildirib.

Qeyd edək ki, bu, sözügedən şəbəkə ilə bağlı ilk narazılıq faktı deyil.

Paylaş: