Şb. Dek 7th, 2019

İran Azərbaycanla sərhədi bağladı: Sıxlıq yarandı – VİDEO

İrandan Azərbaycana gələn vətəndaşlarımız problemlərlə üzləşiblər.

Turkustan.info xəbər verir ki, bu barədə olay şahidləri bildiriblər. Qeyd edilir ki, Astara-İran keçid məntəqəsində səhər saatlarından sərhəd bağlanıb.

Problem İran sərhədçiləri tərəfindən yaradılıb. Bildirilir ki, sistem işləmədiyi üçün sənədlərin yoxlanışı dayandırılıb.

Qeyd edək ki, Azərbaycandan da irana keçmək mümkün deyil.


/baku.ws/

Paylaş: