Ça. Noy 12th, 2019

İsrailin bu silahı xərçəngə səbəb olur? – Sensasion iddia

İsraildə “Dəmir Qübbə” HHM sistemində çalışan 30 hərbçi xərçəng xəstəliyinə tutulub.

Turkustan.info xəbər verir ki, bu iddia ilə İsrailin “Kanal 13” televiziyasının jurnalisti Adam Şafer çıxış edib.

Şafer israilli əsgərlərin HHM sistemində çalışmaları ilə xəstəlik arasında bir əlaqə olub-olmadığının araşdırılmasını tələb edib.

İsrail ordusundan məsələyə münasibət bildirilməyib.   /Axar.az/

Paylaş: