Şb. Dek 7th, 2019

“Türkiyədəki ABŞ raketlərini məhv etmək üçün Azərbaycanda təlim keçmişik…”

Rusiyanın “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov “Soyuq müharibə” dövründə Türkiyədə yerləşdirilmiş ABŞ nüvə raketlərini məhv etmək üçün Azərbaycanda xüsusi təlim keçdiklərini açıqlayıb.

Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, Mironov jurnalistlərlə söhbətində ötən əsrin 70-ci illərində Azərbaycandakı sovet ordu birləşməsində hərbi xidməti zamanı bu təlimlərə cəlb olunduğunu deyib.

SSRİ ilə ABŞ arasında 1962-ci ildə yaranmış Kuba böhranı zamanı Türkiyədəki ABŞ nüvə raketlərinin vurulması məsələsi gündəmə gəlmişdi. Mironovun dediyinə görə Türkiyədəki ABŞ hərbi bazası Kuba böhranından sonra da sovet ordusunun hədəfində olub. Həmin dövrdə Türkiyədəki İncirlik bazasında 15 “Yupiter” raketi yerləşdirilmişdi.

“Hərbi xidmətdə olduğum dövrdə NATO üzvü Türkiyə potensial düşmən kimi görülürdü. Biz sərhədlərimizi Türkiyədən qorumaq üçün təlim keçirdik. Xüsusən də bizə Türkiyə ərazisindəki ABŞ raketlərini məhv etmək üçün xüsusi təlim keçilmişdi. Təlimlərimizi dağlarda, çöllərdə keçirdik. Latviyada 6 aylıq xüsusi təyinatlı kursunu bitirdikdən sonra Azərbaycana göndərildim, bir müddət sonra bölük komandirinin müavini oldum. O vaxt Azərbaycanda yerləşən 104-cü Hava Desant Diviziyasında qulluq edirdim, bizə “vəhşi diviziya” deyirdilər. Çünki təlimlərimizi davamlı olaraq dağlarda keçdiyimiz üçün bizə bu ləqəbi vermişdilər”,-rusiyalı siyasətçi deyib.

Paylaş: