Ca. Avq 22nd, 2019

Zakir Həsənov və Sergey Şoyqu Moskvada bir arada – VİDEO

Nümayiş etdirilən ekspozisiyalar qonaqların yaxından tanış olmaları üçün yarışların sonunadək sərgilənəcək

Moskvada səfərdə olan Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarının iştirakçı ölkələrinin nümayiş etdirilən mədəniyyət nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub.

Beynəlxalq Ordu Oyunları - 2019 yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir
“Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir

Turkustan.info bildirir ki, u barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu və digər qonaqlar sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və məişətinə aid ekspozisiyalara baxış keçiriblər.

Beynəlxalq Ordu Oyunları - 2019 yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir
“Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir

Zakir Həsənov eyni zamanda “Səhra mətbəxi” müsabiqəsində iştirak edən hərbçilərimizlə də görüşüb.

Məlumat verilib ki, nümayiş etdirilən ekspozisiyalar qonaqların yaxından tanış olmaları üçün yarışların sonunadək sərgilənəcək. Azərbaycan komandası da daxil olmaqla müxtəlif ölkələrin hərbi aşpazları tərəfindən hər gün yarış iştirakçılarına və qonaqlara xeyli sayda milli mətbəx nümunələri təqdim edilir.

Beynəlxalq Ordu Oyunları - 2019 yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir

Sərginin Azərbaycan bölməsinə gələn çoxsaylı qonaqlar Azərbaycanın hərbi aşpazlarının hazırladıqları milli yeməklərimizin də dadına baxıblar.

Paylaş: