C. Noy 22nd, 2019

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Modern.az-ın rəhbərini təltif etdi – FOTOLAR

Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətində qurumun təsis etdiyi “Qızıl Aypara” medalının təqdim olunması mərasimi keçirlib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, N.Aslanov tədbirdə çıxış edərək cəmiyyətin yaranma tarixi, inkişafı, hazırkı fəaliyyəti barədə məlumat verib.

N.Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının yekdil qərarına əsasən, Modern.az saytının rəhbəri Elşad Eyvazlının “Qızıl Aypara” medalı ilə təltif edildiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.

Cəmiyyət prezidenti onu da bildirib ki, E.Eyvazlı “Qızıl Aypara” medalı ilə təltif olunan ilk jurnalistdir.

N.Aslanov “Qızıl Aypara” medalının 2010-cu ildə təsis edildiyini və indiyə kimi cəmi 24 təltifetmənin gerçəkləşdiyini də qeyd edib. Bildirib ki, Elşad Eyvazlı bu medalla təltif olunan 25-ci şəxsdir.

Daha sonra Novruz Aslanov medalı Elşad Eyvazlıya  təqdim edib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Modern.az saytının uğurlu fəaliyyətindən də danışıb.  O bildirib ki, Modern.az müstəqil KİV olaraq Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin təbliğində ədalət prinsipini hər zaman qoruyub.

E.Eyvazlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə bu təltifə görə minnətdarlıq edib və ona verilən “Qızıl Aypara” medalını Modern.az saytın yaranmasının 10 illik yubleyinə bir   hədiyyə kimi qiymətləndirib.

Paylaş: