Ça. Noy 12th, 2019

Bakıda silahlı insident – Gənc oğlan güllələndi

Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə Rasim Muxtarov küçəsi 43 ünvanında qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.    /APA/

Paylaş: