Bz. Avq 25th, 2019

“Marsda erməni koloniyası…” – Paşinyanı ələ saldılar

Erməni Milli Konqresinin koordinatoru, deputat Levon Zurabyan Baş nazir Nikol Paşinyanın “Ermənistan üçün 2050-ci il planı”ndan danışıb.

O, erməni baş nazirin iddiasının gülüş doğurduğunu deyib.

Paşinyanın böyük iddiasını qeyri-ciddi qəbul etdiyini bildirən Zurabyan qeyd edib:

“Milli maraqlarımızı təmin etmək üçün həmin plana “Marsda ilk koloniya yaratmaq” maddəsini də daxil etməliyik”.

Əlavə edək ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gələn Nikol Paşinyan Xankəndindəki çıxışında 2050-ci ilinə qədər olan planını açıqlayıb:

“Həll olunmalı bir çox məsələ var: Ermənistan əhalisinin sayını 5 milyona qaldırmaq, 1.5 milyon yeni iş yeri açmaq, 2.5 milyon nəfərin problemini həll etmək, işsizliyi aradan qaldırmaq, Ermənistanı sənaye ölkəsinə çevirərək ÜDM-ün həcmini 15 dəfə artırmaq…

Habelə 10 milyard dolardan çox dəyərə sahib olan ən azı 5 erməni texnologiya şirkəti yaratmalı, savaşa hazırlıq məqsədilə dünyanın 20 ən güclü ordusundan birinə sahib olmalıyıq. Eyni zamanda dünyanın ən güclü 10 kəşfiyyatından birini yaratmalıyıq. Ermənistanın futbol üzrə milli komandasını Avropa və dünya çempionu etməliyik”. (teıeqraf.com)

Paylaş: