Be. Sen 16th, 2019

“Qarabağ” Kiprdən qələbə ilə qayıdır

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb.

Azərbaycan çempionu səfərdə Kiprin APOEL klubu üzərində inamlı qələbə qazanıb (1-2)

İlk hissəsi qolsuz bərabərliklə yekunlaşan matçda qollar növbəti 45 dəqiqədə vurulub. Əvvəlcə, Mahir Emreli qapıçı ilə dueldən qalib ayrılıb. Birinci qoldan 15 dəqiqə sonra “Qarabağ”ın yeni transferi, oyuna yenicə qoşulmuş Maqaye Geye rəqib toru silkləyib. APOEL isə qollardan yalnız birinin əvəzini çıxıb. Rəqib fərqi azaltmağa artırılmış dəqiqələrdə nail olub.

Beləliklə, təmsilçimiz bir həftə sonrakı cavab qarşılaşmasına sərfəli nəticə ilə çıxacaq.

 

6 AVQUST

ÇEMPİONLAR LİQASI

III TƏSNİFAT MƏRHƏLƏSİ

 

“QARABAĞ” (Azərbaycan) – APOEL (Kipr) 1:2

Qollar: Mahir Emreli, 54; Maqaye, 69 – Giorqos Merkes, 90+5

 

APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoğlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 29. Praksitelis Vuros, 30. Giorgos Merkis, 44. Nikolas Yannu, 70. Antonio Yakoliş, 91. Draqan Mixayloviç.

Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 13. Kevin Lyafrans, 71. Andre Vidiqal, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Paolo Trametsani.

 

“QARABAĞ”: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.

Paylaş: