Şb. Dek 7th, 2019

Neftdən asılı olan ölkələri nə gözləyir? – Ekspert açıqladı

ABŞ-Çin ticarət qarşıdurması birjalarda neftin kəskin ucuzlaşması ilə müşayiət olunur.

Turkustan.info xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev bu məsələyə münasibət bildirib.

Ekspert deyib ki, bu arada Beynəlxalq Energetika Agentliyinin neft bazarı ilə bağlı yeni proqnozları diqqəti çəkir:

“Agentlik qeyd edir ki, ilin başlanğıcında 2019-cu il ərzində neftə gündəlik tələbin 1.560 mln. barel artacağı proqnozu özünü doğrultmadı: tələb daha az həcmdə artır – cəmi 1 mln. barel (proqnozdan 560 min barrel az). Əvəzində təklif daha sürətlə genişlənir – OPEC-ə üzv olmayan ölkələrin hesabına bazara daxil olan gündəlik əlavə təklif yaxın zamanlara 2.8 mln. barelə çatacağı proqnozlaşdırılır. 

Agentliyin ekspertləri əmindir ki, OPEC+ təklifi azaltmaq istiqamətində səyləri ilə qeyri-OPEC hesabına təklifin artımına əhəmiyyətli təsir göstərə bilməyəcək.

İqtisadiyyatı neftdən yüksək asılılığı olan ölkələr üçün çətin günlər əlamətləri aşkar görünür.

Çin ABŞ-la qarşıdurmadan istifadə edib İrandan idxalı bərpa edəcəyi senaridə vəziyyət daha da tündləşər”.   /Cebhe.info/

Paylaş: