Bz. Sen 22nd, 2019

“Ərdoğan Kreml “qızmasın” deyə Krım mövzusunda danışmamalıydı?” – ŞƏRH

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanla Ukrayna prezidenti Vladimir Zelenskinin görüşlərini şərh edib.
Politoloq bununla bağlı bildirib:

“Rəcəb Təyyub Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə Ankaradakı görüşündə dedi ki, Türkiyə Krımın ilhaqını qəbul etmir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Ərdoğan nə deməliydi? Ərdoğan Rusiya ilı sıx münasibətlər qurub deyə, Krımın ilhaqını həzm etməlidir? Və ya Ərdoğan Ukrayna prezidenti ilə görüşdə hər hansı bəhanə adı altında Krımın adını çəkməməliydimi? Ərdoğan özünə və siyasətinə güvənən siyasətçidir. O dostu Putin istəyir deyə “Krımın ilhaqını qəbul etmirik” fikrini səsləndirməkdən imtina etməz”.

Politoloq bəzilərində yalnış təsəvvürün formalaşdığını söyləyib:

“Əgər hər hansı ölkənin Rusiya ilə yaxşı münasibətləri varsa, həmin ölkənin rəsmisi və ya mediası Krımdan danışmamalıdır, Kreml “qızmasın” deyə Krım mövzusu üzərindən sükutla keçilməlidir? Bunu ona görə deyirəm ki, “Rusiya Krımı ilhaq edib” fikrini senzura edənlər anlamalıdırlar ki, bununla Dağlıq Qarabağ məsələsində haqlı mövqeyimizi zəiflədirlər”.

Qeyd edək ki, dünən Ukrayna prezidenti  Vladimir Zalenski Krım məsələsi ilə bağlı Türkiyəyə gələrək, Rəcəb Təyyub Ərdoğanla  danışıqlar aparıb. (modern.az)

Paylaş: