Ç. Noy 13th, 2019

APOEL baş məşqçisini QOVDU: “Qarabağ”a uduzduğuna görə

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhləsindəki rəqibi Kiprin APOEL komandası baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti informasiya yayıb.

Bildirilib ki, italiyalı mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. Lakin 49 yaşlı baş məşqçinin gedişinə “Qarabağ”a məğlub olma amilinin böyük təsir göstərdiyi iddia olunur.

Onun yerinə almaniyalı Tomas Dollun gələcəyi ehtimal edilir.

Qeyd edək ki, “Qarabağ” ilk görüşdə 2:1 hesabı ilə rəqibi üzərində qələbə qazanıb. Görüşün cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. (publika.az)

Paylaş: