Bz. Avq 25th, 2019

Atambayev təslim oldu – SON DƏQİQƏ

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev hüquq-mühafizə orqanlarına təslim olub.

Bu barədə eks-prezidentin qərargahından məlumat yayılıb.

***

16:57

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbsi üçün Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Dəstələri tərəfindən onun Toy-Kaş kəndindəki evində 2-ci əməliyyat təşkil edilib.

Vəzifəsindən sui-istifadədə ittiham olunaraq toxunulmazlığı ləğv edilən sabiq dövlət başçısının tərəfdarları olan yüzlərlə insan onun evini polislərdən qorumaq üçün canlı sədd çəkib.

Qeyd edək ki, ötən gecə Milli Təhlükəsizlik Komitəsi mafiya lideri Əziz Batukayevin 2013-cü ildə qanunsuz şəkildə azadlığa buraxılması ilə bağlı davam edən istintaq çərçivəsində şahiq qismində Atambayevin ifadəsinin alınması üçün onun evinə əməliyyat təşkil etmişdi. Əməliyyat yarımçıq qalmışdı. (publika.az)

Paylaş: