Bz. Sen 22nd, 2019

Bakıda “Volkswagen” dayanacağa belə çırpıldı – ANBAAN GÖRÜNTÜLƏR

“Gənclik” metrostansiyası yaxınlığındakı yol-nəqliyyat hadisəsinin baş vermə anı kameraya düşüb. 

Kadrlardan göründüyü kimi “Volkswagen” digər maşınların arasında manevr edir və qəfil dayanacağa doğru hərəkət edir.

İdarəetməni itirərək dayanacağa çırpılan avtomobil səki ilə gedən 22 yaşlı qızla 23 yaşlı oğlanı vurub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qıza ilkin diaqnoz kimi sol bazunun travması, oğlana alının kəsilmiş yarası qoyulub. (Baku.ws)

Paylaş: