C. Okt 18th, 2019

Ermənistanda 1 mart qırğının gizlinləri – İstintaq sənədləri əsasında ARAŞDIRMA

Ermənistanın müasir tarixinin ən faciəli hadisələrindən biri sayılan, Yerevanda 2008-ci il martın 1-də baş vermiş hadisələr zamanı 10 nəfərin ölümü ilə bağlı istintaqın sənədlərini BBC eksklüziv olaraq əldə edib.

İstintaq hesab edir ki, nümayişçilərin güllələnməsinə general-mayor Samvel Karapetyan (Oqanovski) başçılıq edib. Bundan əlavə, BBC-nin əldə etdiyi keçmiş istintaq sənədlərində iki keçmiş prezident və iki nüfuzlu biznesmen-deputatdan söhbət gedir. 2008-ci ilin fevral-martnda baş vermiş faciəli hadisələrin yeni istintaqı artıq keçmiş prezident Köçəryanqa qarşı məhkəmə prosesinə zəmin olub. Bu istintaq böyük siyasi əhəmiyyətə malikdir və Ermənistanın siyasi qüvvələr xəritəsində nəzərəçarpan dəyişiklərə gətirib çıxara bilər.

İstintaqın nəticələrini qurbanların yaxınları da gözləyirlər. Bununla belə bu işi “ayrıseçkili ədalət nümunəsi” adlandıranlar da var. İstintaq materiallarından müstəntiqlərin gəldiyi nəticələrdən bizə aşağıdakılar məlum olub:

  • Nümayişçilərə atəşi general Karapetyanın tabeçiliyində olan (istintaqa şahid qismində cəlb olunub) Qarabağ güc strukturlarının əməkdaşları açıb;
  • Dindirmə zamanı müstəntiqlər onun dəstəsinin prezident administrasiyasının zirzəmisində yerləşdiyini iddia edirdilər;
  • İstintaq hesab edir ki, bölməyə iki prezident baş çəkib – Robert Köçəryan və Serj Sarkisyan.

Nümayiş dağıdılan günlərdə Qarabağ təhlükəsizlik qüvvələrinin Yerevanda mənzillənməsini maliyyələşdirə biləcək iki nüfuzlu biznesmen Gagik Tsarukyan və Samvel Aleksanyanın da rolu müstəntiqlər tərəfindən araşdırılır.

Ermənistan və Qarabağdakı mənbələr dindirmə zamanı müstəntiqlərin etdikləri bəzi iddiaları BBC-yə təsdiqləyiblər. Ancaq etirazçıların öldürülməsinin bütün təfsilatlarının müstəqil təsdiqini əldə edə bilməmişik.

1 Mart hadisələri cəmiyyətdə nifrət mühitinin yaranmasına səbəb olub, insan hüquqları üzrə müvəkkil belə hesab edir.
1 mart hadisələri cəmiyyətdə nifrət mühitinin yaranmasına səbəb olub, insan hüquqları üzrə müvəkkil belə hesab edir.

General-mayor Karapetyan tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) müdafiə ordusunda xidmət edir. Dağlıq Qarabağ de-fakto ermənilərin nəzarətindədir, DQR və Ermənistan silahlı qüvvələri isə bir-birinə sıx bağlıdır.

Sarkisyanın iki prezidentlik dövründə qətllərdə günahkarlar tapılmadı. 2008-ci il hadisələri ilə əlaqədar yeni istintaq daha bir etiraz dalğasında hakimiyyətə gəlmiş Nikol Paşinyanın təşəbbüsü ilə açılıb. Yeni istintaqı həyata keçirən Ermənistan Xüsusi İstintaq Xidməti (SSS) birbaşa Baş nazirə tabedir.

Karapetyan ona qarşı irəli sürülən ittihamları BBC ilə müzakirə etmək istəməyib. Biznesmenlər Tsarukyan və Aleksanyan 2008-ci il hadisələrində hansısa rol oynadıqları barədə iddiaları rədd ediblər. Köçəryanın vəkili dərhal rəy verə bilməyib. Sarkisyan şərh verməkdən imtina edib.

Güllələnməyə kim rəhbərlik edib?

2008-ci ilin 1 mart hadisələri Ermənistanın müasir tarixinin ən faciəli səhifələrindən biri sayılır.Fotonun 2008-ci ilin 1 mart hadisələri Ermənistanın müasir tarixinin ən faciəli səhifələrindən biri sayılır.

Dindirilmələr zamanı müstəntiqlər general-mayor Samvel Karapetyanın (Oganovski kimi də tanınır) nümayişçilərin güllələnməsinə rəhbərlik etdiyini iddia edirdilər.

2008-ci ildə Karapetyan Yerevana göndərilmiş Qarabağ bölmələrinə rəhbərlik edib. O, bu faktı şahid statusunda dindirilmə zamanı təsdiqləyib. Dindirilmə dövründə o, “DQR”müdafiə nazirinin” müavini vəzifəsini tutub və 2019-cu ilin aprelində istefa verib. Dindirilmə zamanı Karapetyan bütün ittihamları rədd edərək bildirib ki, “heç kim insanlara atəş açmaq əmri verməyib”.

Karapetyan (Oganovski)Fotonun İstintaq əmindir ki, general Karapetyan (Oganovski) martın 1-də nümayişçilərin güllələnməsinə rəhbərlik edib.

BBC-nin sorğusuna cavab olaraq, Karapetyan elektron məktubunda yazıb ki, o, “qeyd olunmuş məsələlərlə bağlı müvafiq orqanlara artıq izahatlar verib”. SSS-də BBC-nin əldə etdiyi sənədlər şərh edilməyib və rədd cavabı “ibtidai istintaqın maraqları” ilə izah olunub. BBC-nin əldə etdiyi sənədlərdən göründüyü kimi, SSS keçmiş prezident Serj Sarkisyanı 2019-cu ilin 1 və 6 fevral tarixlərində iki dəfə şahid qismində dindirib.

Eks-prezident Köçəryan 2018-ci ilin iyulunda SSS tərəfindən dindirildikdən sonra həbs edilib.

Xərci oliqarxlar çəkib

Müstəntiqlərə görə, Yerevan küçələrinə çıxarılmış qoşunların xərcini biznesmenlər çəkib.Fotonun Müstəntiqlərə görə, Yerevan küçələrinə çıxarılmış qoşunların xərcini biznesmenlər çəkib.

İş adamları Gagik Tsarukyan və Samvel Aleksanyan Ermənistan iqtisadiyyatının ən böyük oyunçulardandırlar, onların müəssisələri minlərlə insanı iş yeriylə təmin edir. Ermənistan mediası deputat statusu və keçmiş prezident administrasiyaları ilə əlaqələrinə görə onları oliqarx adlandırır.

2018-ci ildə təqdim etdikləri vergi bəyannamələrinə əsasən, Tsarukyanın aktivləri 222 milyon dollar, Aleksanyanın isə 8 milyon dollar təşkil edib.

İstintaq zamanı SSS əməkdaşları Tsarukyan və Aleksanyanın 2008-ci ilin fevral-mart aylarında Yerevana gətirilmiş Dağlıq Qarabağ hərbçilərinə maaş və yemək xərclərini ödədiklərini iddia edirdilər. Hər iki iş adamı BBC-nin sorğularına cavab olaraq bu məlumatı təkzib edib.

“Bütün qatillər həbs ediləcək“”

Ermənilərin əksəriyyəti 1 mart faciəsinə görə sabiq prezident Robert Köçəryanı günahlandırırFotonun Ermənilərin əksəriyyəti 1 mart faciəsinə görə sabiq prezident Robert Köçəryanı günahlandırır.

2008-ci ilin mart hadisələri postsovet Ermənistan tarixinin ən faciəli epizodlarından biridir. O zaman Yerevanın mərkəzində keçirilən aksiyanın iştirakçıları prezident Köçəryanın və onun müttəfiqi Baş nazir Serj Sarkisyanın iştirakı ilə zənn etdikləri kimi saxtalaşdırılmış prezident seçkilərinin nəticələrinə etiraz bildirməyə cəhd göstərdilər.

ATƏT-in 2008-ci ildə açıqladığı rəsmi seçki hesabatına əsasən, seçki məntəqələrinin 16 faizində səslərin sayılması prosesi “pis” və ya “çox pis” keçib. Müşahidəçilər səslərin sayılmasında manipulyasiya cəhdlərini qeydə almışdılar. Martın 1-də Yerevan polisi müxalifətin Azadlıq meydanındakı çadır düşərgəsini dağıtdı, həmin günün axşamı isə şəhər küçələrində iki polis nəfəri və səkkiz mülki vətəndaşın ölümü ilə nəticələnmiş toqquşmalar baş verdi.

“1 martdakı faciəli hadisələrdən sonra dözümsüzlük mühiti qarşılıqlı nifrətə çevrildi”, – Ermənistan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Armen Arutyunyan o günlərdə bildirmişdi. Yerevan Qafqaz İnstitutunun tədqiqatçısı, politoloq Hrant Mikaelyanın BBC-yə bildirdiyi kimi, 1 mart hadisələrinə Ermənistan cəmiyyətində iki ziddiyyətli baxış mövcuddur.

Çoxları həmin hadisələrə “dinc etiraz aksiyasının qan içində boğulması” kimi baxaraq buna görə Koçaryanın məsuliyyət daşıdığını sayır.

Экс-президент Армении Левон Тер-Петросян на митинге в Армении в феврале 2008 годаFotonun Levon Ter-Petrosyan özünü 2008-ci ilin prezident seçkilərinin qalibi sayırdı.

Bununla yanaşı, “Nikol Paşinyan və Ter-Petrosyanın fəaliyyəti nəticəsində etiraz aksiyaları radikallaşaraq qanlı toqquşmalara gətirib çıxardı” kimi populyar rəy də mövcuddur, politoloq qeyd edib. 2008-ci ildə Paşinyan küçə etirazlarının təşkilatçılarından biri idi, buna görə məhkum olunub və bir il yarımdan çox həbsxanada yatıb.

2018-ci ilin yazında hakimiyyətə gəldikdən sonra Paşinyan 10 il əvvəl baş vermiş hadisələrin təkrar araşdırılmasına göstəriş verib. Artıq hökumət başçısı olduqdan sonra o, çıxışlarından birində “bütün qatillərin həbs olunacağını” vəd edib.

Ötən il ərzində SSS keçmiş prezident Robert Köçəryana, onun köməkçisinə, iki keçmiş müdafiə naziri və Baş Qərargahın keçmiş rəisinə qarşı ittihamlar irəli sürüb. Onlara qarşı konstitusiya quruluşunu zorla dəyişmək ittihamı irəli sürülüb.

Mən bu hakimiyyətə inanıram

1 mart hadisələrindən sonra Yerevanın küçələrinə qoşun çıxarılmışdı.
1 mart hadisələrindən sonra Yerevanın küçələrinə qoşun çıxarılmışdı.

1 mart hadisələrinin istintaqı “bir çox cəhətdən ayrıseçici ədalət kimi görünür”, – Carnegie fondunun əməkdaşı Paul Stronsky BBC-yə deyib.

“Bu istintaqla bağlı suallarım var, prosesdə şəffaflıq görmürəm”, – o, əlavə edib. Ekspertə görə, Paşinyanın həmin hadisələrin iştirakçısı olması nəzərə alınmaqla, istənilən araşdırma mümkün qədər açıq və şəffaf olmalıdır. Bununla belə, 1 mart hadisələrin bəzi qurbanlarının yaxınlarında ədalətin bərpa olunacağına indi müəyyən ümid yaranıb.

Mariam Hovhannisyan hesab edir ki, ötən 10 illə müqayisədə son bir il ərzində yeni hökumət faciəni araşdırmaq üçün daha çox iş görüb. Onun qardaşı Zakar Ovannisyan bu hadisələrin son qurbanı olmuşdu – o, 2008-ci il martın 1-dən 2-nə keçən gecə Yerevanın mərkəzindəki Maştots prospektində güllələnib.

Onun qətlinə dair istintaq Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yenidən başlayıb. “Mən bu hakimiyyətə inanıram və qardaşımın qətlinin açılacağına əminəm”, – Hovhannisyan deyib.

Nikol Paşinyan 2008-ci ildə müxalifətin etiraz aksiyalarını təşkil edib
Nikol Paşinyan 2008-ci ildə müxalifətin etiraz aksiyalarını təşkil edib.

2008-ci ilin fevral-mart hadisələrinin xronologiyası

19 fevral – Ermənistanda prezident seçkiləri günü.

20 fevral – MSK-nın məlumatına görə, hakimiyyətin namizədi Serj Sarkisyan birinci turda 52,8% səs toplayıb , müxalifət lideri Ter-Petrosyan isə 21,5% səs toplayıb. Hər iki namizəd özlərini qalib elan etdilər.

21 fevral – Bəzi seçki məntəqələrində səslərin yenidən sayılması zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Elə həmin gün Ter-Petrosyan mitinqdə müdafiə nazirinin iki müavinindən dəstək aldığını və ordunun siyasi qarşıdurmaya qarışmayacağını mitinqlərdən birində söyləyib.

24 fevral – MSK səsvermənin yekun nəticələrini açıqlayıb: Sarkisyan 52% -dən çox səs toplayaraq birinci turda qalib gəlib.

25-29 fevral – Müxalifət hər gün Yerevandarəvanda kütləvi mitinqlər keçirir. Təxribatçılar etirazçıları zorakılığa çağırır.

mart – Polis müxalifət düşərgəsini dağıtmaq üçün güc tətbiq edib. Ter-Petrosyan zorla evinə aparılıb. Yerevanın mərkəzində polislə nümayişçilər arasında toqquşma nəticəsində 10 nəfər ölüb. Ölkədə fövqəladə vəziyyət elan edilib, mitinqlər qadağan edilib, söz azadlığı məhdudlaşdırılıb.

mart – Şəhərin küçələrinə qoşun çıxarılıb, Ter-Petrosyan nümayişçiləri evlərinə qayıtmağa çağırıb. Müxalif və müstəqil nəşrlərin saytları bloklanıb.

aprel – 1 mart faciəsindən 40 gün sonra Serj Sarkisyanın andiçmə mərasimi keçirilib.

Dağlıq Qarabağ və Ermənistan

Ekspertlərin fikrincə, Paşinyanın Qarabağın siyasi və hərbi elitası ilə yaxşı münasibətlər yarada bilməyib.Ekspertlərin fikrincə, Paşinyan Qarabağın siyasi və hərbi elitası ilə yaxşı münasibətlər yarada bilməyib.

Yerevana gətirilmiş silahlı dəstələrin mənsub olduğu tanınmamış DQR-in ərazisi Azərbaycanla Ermənistan arasında mübahisəli predmetdir. Bakı onu ermənilər tərəfindən işğal olunduğunu hesab edir, Yerevan isə DQR-nin müstəqilliyini rəsmi şəkildə tanımasa da, onunla yaxın ittifaqdadır. DQR və Ermənistan silahlı qüvvələri bir-biri ilə sıx bağlıdır və Ermənistandan çağırışçıların bir hissəsi Qarabağda xidmət keçir. Ermənistanın dörd prezidentindən ikisi qarabağlıdır; DQR sakinlərinin Ermənistan pasportu var, lakin Ermənistan seçkilərində onlar səs verə bilməzlər.

Ekspertlər nə deyir?

Ekspertlərin fikrincə, Paşinyan Qarabağın siyasi və hərbi elitası ilə yaxşı münasibətlər yarada bilməyib. Qafqaz İnstitutundan Hrant Mikaelyan hesab edir ki, bu münasibətlərə o cümlədən 1 mart hadisələrinin istintaqı da mənfi təsir göstərib. “Qarabağ rəhbərliyi məhkəmədə Köçəryanın sərbəst buraxılması üçün vəsatət qaldırdı. Ardınca Ermənistan siyasi rəhbərliyinin nümayəndələri tərəfindən bir neçə sərt bəyanatlar verildi”, – o qeyd edib.

DQR hakimiyyəti Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın siyasi komandasının bir hissəsidir, Cənubi Kaliforniya Universitetinin Erməni Tədqiqatları İnstitutunun əməkdaşı Emil Sanamyan zənn edir. “Sarkisyanın DQR-dəki komandasının döyüşsüz çıxıb gedəcəyinə bənzəmir”, – Sanamyan əlavə edib.

“Paşinyanın erməni cəmiyyətində böyük dəstəyi var”, – Carnegie Fondundan Paul Stronsky deyib. Lakin ekspertin fikrincə, bu dəstək təhlükəsizlik qüvvələrinin sadiqliyi demək deyil. Hakimiyyətə gələndən sonra Paşinyan polis və xüsusi xidmət orqanlarına yeni rəhbərlər təyin edib.

“Lakin Ermənistanın müharibə şəraitində olduğuna görə, hərbi elitanı dəyişdirmək daha çətindir”, – Stronski deyib. Ekspert hesab edir ki, Paşinyanın komandasında ordu təcrübəsi və milli təhlükəsizlik sahəsində ciddi təcrübəsi olan mütəxəssislər yoxdur. Ermənistan parlamentinin hakim siyasi blokdan olan üzvü Anuş Beqloyan hesab edir ki, Ermənistan hökuməti ilə Qarabağ elitası arasındakı münaqişə xülyadan başqa bir şey deyil.

“Ermənistanın təhrifedici media məkanı və sosial şəbəkələrdəki saxta mənbələr” nifaq mövzusunu bilərəkdən şişirdirlər!, – Beqloyan BBC-yə bildirib.

Paylaş: