Ça. Avq 20th, 2019

Kürdüstan ideyasından imtina olunacaq, əgər… – Öcalan Türkiyənin qarşısına ŞƏRT QOYDU

Kürd millətinə ayrı dövlət lazım deyil.

“Röyters”in xəbərinə görə, bu haqda Türkiyənin İmralı adasında ömürlük həbs cəzası çəkən PKK terror təşkilatının lideri Abdullah Öcalan bildirib.

Öcalan vurğulayıb ki, kürd milləti və Türkiyə arasında mübahisəli məsələlərin həllinə imkan yaratmağa hazırdır. O, vəkillər vasitəsilə bildirib ki, bir həftə ərzində bu münaqişəyə son qoya bilər. Bundan başqa, kürd lider söyləyib ki, əgər Türkiyə öz tərəfindən lazımi addımlar atarsa, kürdlərə heç də ayrı dövlət lazım deyil.

Təklifin konkret məzmunu haqqında məlumat verilməyib.

Qeyd edək ki, PKK 27 noyabr 1978-ci ildə yaradılıb. 1980-ci ildə Türkiyədə hərbi çevrilişdən sonra demək olar ki, onun bütün rəhbərliyi həbs edilib, ancaq Öcalan Suriyada sığınacağı tapmağı bacarır. 1998-ci il Suriya prezidenti Hafiz Əsəd Ankaranın təzyiqi altında PKK liderini ölkədən çıxarır. Öcalan 15 fevral 1999-cu ildə isə Keniyada Türkiyə xüsusi xidmət orqanları tərəfindən tutularaq ölkəyə gətirilir. Məhkəmənin hökmü ilə ölüm cəzası verilsə də, cəza daha sonra ömürlük həbslə əvəz edilir. (publika.az)

Paylaş: