Be. Okt 14th, 2019

Müqəddəs Kəbəyə yeni örtük çəkildi – FOTO

Müqəddəs Kəbə Qurban bayramı ərəfəsində öz yeni görüntüsü ilə müsəlmanları sevindirəcək.

Xarici KİV xəbərlərinə görə, Kəbənin yeni örtüyü 200 işçinin əməyi ilə hazırlanıb. Təxminən 700 kiloqramlıq təmiz ipək örtük üçün 120 kiloqram gümüş və qızıldan istifadə olunub.

Maşın və əl işi olan Kəbə örtüyə qızıl və gümüş ipliklərlə müxtəlif ayələr və dualar işlənib. Örtük 4 hissədən ibarətdir.

Kəbə örtüyünün 24 milyon riala başa gəldiyi deyilir. (modern.az)

Paylaş: