Ç. Okt 16th, 2019

Bölgədə şok gəlişmə: Türkiyə və ABŞ arasında tarixi anlaşma – Detallar

ABŞ-da nəşr olunan “Vaşinqton Post” qəzeti ABŞ və Türkiyə arasında əldə edilmiş anlaşmanın detallarını yayımlayıb.

ABŞ-ın Suriya siyasətinin yer aldığı xəbərdə Vaşinqtonun Ankara ilə münasibətini qaydasına salmasının vacibliyinə diqqət ayrılıb.

ABŞ Dövlət Departamentindən adını açıqlamaq istəmədiyi rəsmi şəxslə danışdığını bildirən məqalə müəllifi Yoş Rogin qeyd edib ki, Suriyanın şimalında qurulacaq təhlükəsizlik zonasına ABŞ və Türkiyə Silahlı Qüvvələri nəzarət edəcək:

“Türkiyə ilə anlaşmaq ABŞ-ın regional maraqlarına da cavab verir. Əgər ABŞ Suriyada söz sahibi olmaq istəyirsə, Türkiyə ilə qarışıq münasibətlərini qaydasına salmalıdır. İŞİD-lə mübarizə aparmaq üçün silahlandırdığımız suriyalı kürdlərin Türkiyəyə hücum etməyəcəyinə zəmanət verilməlidir. Üstəgəl, kürdlər Türkiyə sərhədlərindən uzaqlaşdırılmalıdır. Lakin hələlik bu haqda düşünmürük, amma bu anlaşma münasibətlərin qaydasına düşməsi üçün önəmlidir”.

Qeyd edək ki, Türkiyə və ABŞ-ın Suriyanın şimalında təhlükəsizlik zolağının qurulacağı məsələsində anlaşdığına dair məlumat yayılıb. Lakin nə ABŞ, nə də Türkiyə tərəfi buna rəsmi münasibət bildirməyib. (teleqraf.com)

Paylaş: