Ça. Okt 15th, 2019

Dərdin Böyük Kişisi – Allahverdi Dərd – 65

Bu Vətəni, bu torpağı hər kəsdən artıq sevən, yurd ağrısından sinəsində ocaq yandıran, dünyada yaxşı olmayan hər şeyə üsyan edən bir kişinin – DƏRDİN BÖYÜK KİŞİSİ Allahverdi Dərdin 65 yaşı tamam olur. 
65 illik ömrünin hansı çalın-çarpaz yollardan keçdiyini bir yubiley təbrikində ifadə etmək çox çətindir. Bunun üçün hər gün onu dinləmək, ətrafda cərəyan edənlərə münasibətini öyrənmək, içi sızıldaya-sızıldaya qələmə aldığı “Gülsaranın nifrəti” povestlər kitabını oxumaq və nələr-nələr lazımdır…
Bu gün Allahverdi müəllimi təkcə yubileyi münasibətilə yox, canındakı TORPAQ sevgisinə görə, bu torpağın müqəddəsliyi uğrunda şəhid olan oğlu Etibarı ŞƏHİDLƏRİMİZİN heç birindən ayırmadığına görə, sadəcə bu məmləkətin dəlicəsinə aşiqi olduğuna görə təbrik etmək olar.
65-in mübarək, əfəndim!

Vasif Süleyman 

“Türküstan” ailəsi adından əziz dostumuz Allahverdi bəyi doğum günü, yubiley yaşı münasibətilə təbrik edir, Ona ulu Tanrıdan uzun ömür, möhkəm cansağlığı arzu edirik!

 

 

Paylaş: