Ça. Noy 12th, 2019

Bakıda qurbanlıq öküz prospekti bir-birinə qatdı, avtomobilləri əzdi… – VİDEO

Dünən nəqliyyatın hərəkətinə mane olan öküzlə bağlı DİN məlumat yayıb.
Bildirilib ki,  avqustun 9-da saat 17:00 radələrində S.Bəhlulzadə küçəsi 20 A-nın qarşısında Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Elbrus Fazil oğlu Təhməzova məxsus öküz qaçaraq Nəsimi və Nərimanov rayonu ərazilərində əhalinin həyat və sağlamlığı üçün təhlükə yaradıb, həmçinin, hərəkətdə olan avtomobillərə maddi ziyan vurub.
Buna görə də öküz saat 19:00-da Ziya Bünyadov prospekti 2096-cı məhəllədə ƏÇPA-nın əməkdaşları tərəfindən zərərləşdirilib.
***
Bakıda öküz iki nəqliyyat vasitəsini əzib.
APA-nın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb. Onun sözlərinə görə, paytaxtın Ziya Bünyadov prospektində yola çıxan öküz bir avtomobili və motosikleti vurub.

Paylaş: