Şb. Sen 21st, 2019

Böyük orduların qadağan edilmiş SİLAHLARI

Müharibədə tərəflər qalib gəlmək üçün bütün mümkün vasitələrdən istifadəyə can atırlar. Lakin bəşəriyyət hələ qədim zamanlardan məhvetmə vasitələrini məhdudlaşdırmağa çalışıb: yunanlar oxu qorxaqların silahı hesab edirdilər, orta əsrlərdə isə toplardan istifadə və su mənbələrinin zəhərlənməsi qeyri-humanist vasitə hesab edilirdi. Bu gün isə nüvə bombalarının istifadəsini qadağan etməyə çalışırlar.

Sizə təqdim etdiyimiz siyahıda yer alan silahlar o dərəcədə təhlükəlidir ki, rəsmən heç bir orduda istifadə edilmir.

Kimyəvi silah 

Kimyəvi silahların “qızıl əsr”i Birinci Dünya müharibəsində yetişib. Doğrudur, artıq 1928-ci ildə Cenevrədə zəhərli qazların qadağası barədə ilk protokol imzalanıb. Lakin bu protokol nə Almaniyaya, nə də Yaponiyaya zəhərləyici maddələrdən İkinci Dünya müharibəsində istifadə etməyə mane törətməyib. ABŞ ordusu da Vyetnamda kimyəvi maddələr istifadəsindən çəkinməyib, odur ki, belə silahı 1997-ci ildə bir daha qadağan etmək lazım gəlib. Məsələ bu gün də tam həllini tapmayıb: rəsmi olaraq mövcud kimyəvi silah ehtiyatları arsenalı yalnız 2020-ci ilə məhv ediləcək.

Napalm

ABŞ hərbi maşını 1942-ci ildə ən ölümsaçan və nəzarətsiz kütləvi qırğın silahlarından birini əldə edib. Napalm (yandırıcı bombalar, odsaçan silahlar üçün içində qatı benzin olan qatışıq) BMT tərəfindən 1980-cı ildə yandırıcı silahın qadağan edilməsi barədə Protokol qəbul edilənə qədər İsrail, İraq və Argentina tərəfindən tətbiq olunub. Napalmın arsenaldan xaric edilib-edilmədiyi məlum deyil.

 

Bioloji silah

Terrorçular 2001-ci ildə bütün dünya üzrə sibir xorası ilə yoluxdurulmuş silsilə məktublar yollamaqla misli görülməmiş hücum həyata keçiriblər. Bakterioloji silah hələ 1972-ci ildə qadağan edilib.

 

İqlim silahı 

İqlimə təsirin yalnız fantastik romanlarda mümkün olduğunu düşünmək olar, lakin hava şəraitinə təsir göstərməyin mümkün olduğuna dair misal olaraq Vyetnam müharibəsini göstərmək olar. ABŞ-lı alimlər “İspanaq” adlı əməliyyat zamanı yağışlar mövsümünü uzatmağa müvəffəq ola biliblər. Nəticədə partizanların kommunikasiyaları su altında qalıb və sıradan çıxıb. 1978-ci ildə ətraf mühitə hərbi təsirlərin qadağan edilməsi barədə Konvensiya qəbul olunub: hətta nüvə silahı iqlim silahından nisbətən təhlükəsiz silah olaraq tanınıb. Bu sahədə bir sıra ölkələr araşdırmalar aparır: ABŞ, Çin və Rusiya bu ixtiraların yalnız dinc məqsədlər üçün nəzərdə tutulduğunu bəyan edirlər.

 

Piyada əleyhinə mina

Vyetnam müharibəsi zamanı ABŞ ordusu itkilərinin 60%-i piyada əleyhinə minaların payına düşüb. Minalanmış sahələr hərbi əməliyyatlar başa çatdıqdan uzun illər sonra belə insanların həyatına son qoymaqda davam edir. Əksər hallarda uzun müddət yerin altında qalmış minaların qurbanı dinc əhali olur. Piyada əleyhinə minaların tətbiqinə qadağa (1997-ci ildə Ottavada qəbul olunub) indiyə qədər bir çox ölkələr tərəfindən rəsmiyyət sayılır. (interaztv)

Paylaş: