Ça. Avq 20th, 2019

Deputatdan SENSASİON İDDİA: “Bizə qarşı iqlim silahı işlədilir”

“Son vaxtlar Rusiyada baş verən əlverişsiz hava ölkəmizə qarşı tətbiq olunan iqlim silahı ola bilər”.

Bu sözləri Dövlət Dumasının üzvü Aleksey Juravlyov teleproqramların birinin canlı yayımında Rusiyada baş verən yanğın və tufanla bağlı hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, Qərb dövlətləri Rusiyaya qarşı iqlim silahı tətbiq edir:

“Biz yaxşı başa düşürük ki, belə yay ola bilməz. Moskvada leysanlar, Sibirdə yanğınlar baş verir. Hesab edirəm ki, bu, ciddi məsələdir və ona düzgün münasibət göstərməliyik”.

Deputat bildirib ki, Rusiya son yüzilliklərdə ilk dəfə silah sarıdan böyük üstünlük qazanıb və buna görə Qərb bilmir nə etsin. (teleqraf.com)

Paylaş: