C. Noy 22nd, 2019

Dollar yenidən kəskin bahalaşa bilərmi? – Ekspertdən AÇIQLAMA

Yaz aylarında adətən danşınmaz əmlak bazarında aktivlik artır və qiymətlərdə bahalaşma müşahidə olunur.

Ancaq yay aylarında qiymətlər stabilləşir, çünki insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür. Sentyabrdan yenidən aktivlik artığına görə qiymətlər də bahalaşmağa başlayır.

Bəs sentyabrda iqtisadi aktivlik dolların bahalaşmasına təsir göstərə bilərmi?

İqtisadçı-ekspert Fuad İbrahimov belə bir proqnozun gözlənilmədiyini deyib:

“Mövsümü göstəricilərlə bağlı olan amillərin dolların məzənnəsinin dəyişməsinə heç bir təsiri yoxdur. Bu gün dolların məzənnəsinə əsaslı şəkildə təsir edə biləcək amil neftin qiymətinin düşməsidir. Əgər neft 40 dollar səviyyəsinə enərsə, manat güclü təziq altında qalacaq. Bu zaman vəziyyətdən asılı olaraq hökümət hansı yanaşma ilə yanaşırsa, o formada davam edəcək.

Belə ki, hökümət ya devalvasiya getməlidir, ya üzən məzənnə rejiminə keçid etməlidir, ya da dolları sabit saxlamalıdır. Hazırda isə manat ucuzlaşıb, dolların bahalaşmasına təsir edən amil yoxdur. Mövsümü olaraq iqtisadi canlanmanın dollara heç bir təsiri olmayacaq”. (cebhe.info)

Paylaş: