C. Sen 20th, 2019

Kardiologiya İnstitutunda telesəhiyyənin təşkili mövzusunda seminar keçirilib -FOTOLAR

Akad. C.M Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda bu sahədə çalışan həkimlər üçün 3 cihaz üzrə seminar-treninq keçirilib.   

Treninqdə çıxış edən institutun direktoru Gülnaz Dadaşova-Səbzəliyeva qeyd edib ki, müasir innovativ texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə səhiyyənin aktual vəzifələrindən biri, tibbin müxtəlif sahələrində onların istifadə edilməsinin, effektiv tətbiqinin həyata keçirilməsidir: “Bu istiqamətdə aparılan addımlardan biri komputer ve telekommunikasiya texnologiyalarının tətbiqi – telesəhiyyənin təşkilidir. Telesəhiyyə ilk dəfə Norveçdə tətbiq olunmağa başlanıb. Azərbaycanda, eləcə də, Qafqazyanı ölkələr arasında buna start verən Akad. C.M Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur. Bu gün ETKİ-də sanoviasiya xidməti  ilə qarşılıqlı əməkdaşlıq şəraitində aparılacaq “telesəhiyyə” yə dair seminar keçirilmişdir”.

Seminarda iştirakçılara telekardio solition sistemi əyani şəkildə nümayiş etdirilib.

Seminara dəvət olunmuş mütəxəssis Səid Musəvi çıxış edərək cihazın üstünlükləri və istifadə qaydaları haqda məruzə edib.

Monitor 10-a yaxın parametr təyin edərək istər görüntü, istərsə də nitq formasında xəstənin vaxtında diaqnozunun qoyulmasına, müvafiq tədbirlərin aparılmasına imkan verəcək.

Telesəhiyyənin təşkil edilməsində məqsəd pespublikamızın müxtəlif bölgələrində ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən əhaliyə zamanında və lazımi müalicə-diaqnostik yanaşmanın aparılmasıdır.

 

Paylaş: