Ça. Dek 10th, 2019

Qorbaçovun vəziyyəti çox ağırdır

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun sağlıq durumu çox pisdir.

Bunu Ukraynanın “NAŞ” telekanalının “Qordon” verilişində jurnalist Aleksey Venediktov bildirib.

O qeyd edib ki, Qorbaçov son yarım ildə praktik olaraq xəstəxanada yaşayır. Bununla belə jurnalist qeyd edib ki, keçmiş sovet lideri ilə vaxtı vaxtında restoranda görüşür və həkimlərin məsləhəti ilə onunla pivə içir.

“Başında hər şey qaydasındadır, çox ağır hərəkət edir, bir çox xəstəliklər yığılıb – axı, 88 yaşındadır. Son iki il onun üçün çox pis keçir”, – deyə A.Venediktov bildirib.

Qeyd edək ki, bu ilin aprelin sonunda media Qorbaçovun xəstəxanaya yerləşdirildiyinə dair məlumat yayıb. İyunun 6-da eks-prezident bu məlumatı təsdiqləyib. (teleqraf.com)

Paylaş: