C. Sen 20th, 2019

Türkiyədə itlərin reklamı qadağan olundu

Pitbull və təhlükə yaradan 4 cinsdən it saxlayanlar külli miqdarda – 7 min 800 TL cərimə olunublar.

Türkiyədə təhlükəli it cinslərinin reklamı, alışı, satışı qadağan edilib.

Təbiət Qoruma və Milli Parklar Adana Bölgə İdarəsindən verilən məlumata görə, pitbull terrier, yapon tosası, doqo argentino, fila brasiliyero və başqa cinslərin birləşməsindən əmələ gələn təhlükəli heyvanlar yasaq siyahısına daxildir.

Qadağaya səbəb son günlər Türkiyədə bu heyvanların insanlara hücumlarının geniş vüsət alması olub. (teleqraf.com)

Paylaş: