C. Dek 13th, 2019

Azərbaycanda atasının ölümünə dözməyən qadın özünü körpüdən atdı

Tovuz rayonunda özünü körpüdən atan qızın şəxsiyyəti və intihara cəhd etməsinin səbəbi məlum olub.

Məlumata görə, rayonun 2001-ci il təvəllüdlü Qədirli kənd sakini K.H.Məhəmməd qızı atasının ölümünə dözə bilmədiyi üçün intihara cəhd edib.

Hazırda xəstəxanaya yerləşdirilən zərərçəkmişin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

***

Tovuz rayonunda intihar hadisəsi baş verib.

“Report”un məlumatına görə, gənc qadın özünü körpüdən aşağı atıb.

Hazırda ad-soyadı məlum olmayan şəxs ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: